Yazıçı – dramaturq, jurnalist, ictimai xadim Cəlil Məmmədquluzadə 10 fevral 1869-cu ildə Naxçıvan şəhərində anadan olmuşdur. İlk təhsilini əvvəlcə mollaxanada, sonra Naxçıvan şəhər məktəbində almışdır. 7 iyun 1887-ci ildə Zaqafqaziya Müəllimlər Seminariyasını (Qori) bitirmiş, bir müddət İrəvan quberniyasının kəndlərində müəllimlik etmişdir(1887-1897). İlk məlum bədii əsəri sayılan «Çay dəstgahı»(1889) alleqorik pyesini, «Danabaş kəndinin əhvalatları» (1894-1936 cı ildə nəşr olunmuşdur) povestini də bu dövrdə yazmışdır. 1896-cı ildə ilk ailə həyatını qurmuşdur. 1897-ci ildə qızı Münəvvər anadan olmuş, həyat yoldaşı Həlimə xanım vəfat etmişdir. 1895-ci ilin yayında Moskva və Sankt-Peterburqa getmiş, bu şəhərlərin mədəni həyatı ilə tanış olmuşdur. 1904-cü ildən Tiflisdə nəşr edilən «Şərq – Rus» qəzetinin redaksiyasında işləmişdir. Cəlil Məmmədquluzadənin yazıçı və jurnalist kimi püxtələşməsində «Şərqi – Rus» qəzetinin və onun redaktoru M.Şahtaxtlının mühüm rolu olmuşdur. 12 noyabr 1903-cü ildə "Poçt qutusu” əsərini yazmışdır. 1904-cü ildə bu əsər "Şərqi-Rus” qəzetində çap olunmuşdur., «Kişmiş oyunu», L.Tolstoydan tərcümə etdiyi «Zəhmət, ölüm və naxoşluq» hekayələri əvvəlcə bu qəzetdə dərc edilmişdir.
Kateqoriyalar
- Xalq nağılları
- Xarici nağıllar
- Azərbaycan yazıçılarının hekayələri
- Dünya yazıçılarının hekayələri
-
Dərsliklər
- VI sinif "Coğrafiya" dərsliyi
- II sinif üçün "Azərbaycan dili" dərsliyi
- VI sinif "Ümumi tarix" dərsliyi
- VI sinif üçün "Ədəbiyyat" dərsliyi
- VII sinif üçün "Ədəbiyyat" dərsliyi
- V sinif üçün "Azərbaycan tarixi" dərsliyi
- III üçün "Həyat bilgisi" dərsliyi
- V sinif üçün "Ədəbiyyat" dərsliyi
- VI sinif üçün "Azərbaycan tarixi" dərsliyi
- VIII sinif üçün "Ədəbiyyat" dərsliyi
- IV sinif üçün "Həyat bilgisi" dərsliyi
- VII sinif üçün "Azərbaycan tarixi" dərsliyi
- I sinif üçün "Azərbaycan dili" dərsliyi
- V sinif üçün "Həyat bilgisi" dərsliyi
- VIII sinif üçün "Həyat bilgisi" dərsliyi
- IX sinif üçün "Ədəbiyyat" dərsliyi
- XI sinif üçün "Ədəbiyyat" dərsliyi
- VII sinif üçün "Həyat bilgisi" dərsliyi
- IX sinif üçün "Azərbaycan tarixi" dərsliyi
- X sinif üçün "Ədəbiyyat" dərsliyi
- VI sinif üçün "Həyat bilgisi" dərsliyi
- IX sinif üçün "Zəfər tarixi" dərsliyi
- V sinif üçün "Musiqi" dərsliyi
- VI sinif üçün "Ümumi Tarix" dərsliyi
- Şeirlər
- Qanunlar
- Romanlar
- Motivasiya
- Müxtəlif kitablar
- Şeir kitabları