Vətən yaraları

Əsər II Dünya müharibəsinə həsr olunub və müharibənin ən qızğın çağında qələmə alınmışdır. Əsərdə geniş müharibə səhnələri verilməyib. Əsəri oxuduqca oxucuda ədalətsiz müharibəyə, onu törədənlərə qarşı güclü qəzəb, nifrət duyğusu oyanır. Əsərdə bir-birinə zidd olan iki aləm üz-üzə qoyulur: dinc həyat və müharibə. Dinc həyat yalnız əsgər xatirələrində mövcuddur. Müharibə isə gerçək və amansızdır. Əsərdə dinc həyatın, əziz xatirələrin, müqəddəs hislərin qorunması istəyi hadisələrin mahiyyətini, mənasını təşkil edir.