İt oyunu

apısı daldan bağlı olan bir otağın içində dörd nəfər hökumət çörəyi yeməyə məhkum olmuşlar əyləşmişdilər.Biri N. qəzasının afət və bəlası, sabiq prokuror İvanov idi. İkincisi, haman qəzanın pristavı Əzrayıl bəy idi ki, onun adıyla analar uşaqlarını qorxudurdular. İki nəfər bazarda dalaşanda bir-birinə deyirdi. – Qardaşım, mənim canıma Əzrayıl bəy olmamısan? Nə istəyirsən məndən? İki yerdə qalanlar da neçə illərlə eli dəhşətdə saxlayan iki qardaş quldurlar idilər. Şəhərdə pristavdan savay keç kəsin əqrəbası yox idi. O idi ki onun evindən hər gün xörək gəlirdi. Pristav – xörəyinin çox olduğundan prokuroru da qonaq eləyirdi. Bəzi vaxtlar quldurlara da az-maz çatırdı.