Qızıl ilan

Səfər adlı bir yoxsul kişi var idi. Səfər kişinin bir oğlu, bir arvadı var idi. Bir də var-dövlətdən bir inəyi var idi. Səfər kişinin peşəsi çöldən biyan çıxardıb satıb külfətini dolandırmaq idi. Səfər kişi bir gün genə çölə biyan çıxartmağa getmişdi. Çöldə biyan qazanda, gördü biyanın dibində bir qızıl ilan yatır. Qızıl ilan səfər kişini görüb ayıldı, dedi: Ay kişi, bı biyan qazıyıb satmaqnan gündə neçə qazanırsan? Səfər kişi köksünü ötürüb dedi: \ Ay başına dönüm, gündə bu biyan qazımaq ilən ikicə şahı qazanıram. İlan dedi: Gündə iki şahı qazanmaq ilən külfətini necə dolandıra bilirsən? Sən gündə maa bir qab süd gətir mən içim hər gün saa bir ləl verim, apar xırdala, dolan. Səfər kişi baş üstə deyib, qızıl ilana baş endirib getdi.