Var dövlət və zəhmət

Günlərin bir günündə mülkədarla muzdur arasında bərk mübahisə düşdü. Muzdur mülkədara deyirdi: üçün – Nə olsun ki, mən yoxsulam! Ancaq əvəzində mən yaxşı işləməyi bacarıram. – Vay səni it oğlu! – deyə mülkədar qışqırdı. – Sənin o bacarığın nəyə lazımdır ki, o bacarıqla da, elə onsuz da dilənçisən ki, dilənçi! – Mənim əlimdən əkmək, biçmək, üyütmək, su daşımaq, odun doğramaq gəlir. Sənin əlindən nə gəlir? – deyə muzdur öz ağasından soruşdu. – Onlar mənim nəyimə lazımdır? – deyə mülkədar təkəbbürlə cavab verdi. – Mən onsuz da xoşbəxt və varlıyam. Nə çörək dərdi çəkirəm, nə də paltar dərdi! Həm də ki, mən sənin üçün işləmirəm, sən mənim üçün işləyirsən! Onlar çox mübahisə etdilər ki, nə vacibdir: zəhmət, yoxsa dövlət? Ancaq heç biri o birinin dediyinə inana bilmədi. Axırda onlar belə qərara gəldilər ki, hansının güclü, dözümlü olduğunu öyrənsinlər.