İki qardaşın nağılı

Bir şəhərdə iki qonşu var imiş, biri tacir, o biri əkinçi imiş. Bunların hərəsinin iki oğlu var imiş. Tacirin oğlanları həm fərasətsiz, həm də yaman dəcəl imişlər. Elə işləri, peşələri ona-buna sataşmaq imiş. Amma əkinçinin oğlanları ağıllı, zəhmətkeş, başıaşağı imiş. Bu kişinin bütün var-dövləti bircə cüt öküzü var imiş. Kişinin böyük oğlu evli, kiçiyi subay imiş, Ay dolanır, il keçir, kişi canını oğlanlarına tapşırıb ölür.

Hiyləgər keçi

Günlərin bir günündə el dağdan arana köçürdü. Bir keçi, bir dana, bir qoyunun bundan xəbəri yox idi. Özlərini xəlvət bir yerə verib otlayırdılar. Heyvanlar bir vaxt başlarını qaldırıb gördülər ki, lələ köçüb, yurdu qalıb; bir-birilərinin üzünə baxdılar. Dana ağlayıb dedi: -Keçi qardaş, qurd gəlib bizi yeyəcək. Tez bir çarə elə. Keçi dedi: - Gedək bir daxma tapıb girək içinə. Hər üçü buna razı oldu.

Zəngi

Deyirlər ki, qədim zamanlarda Bilbis şəhərində bir padşah varıymış. Günlərin bir günündə bu padşah yatıb aləmi-röyada görür ki, İsfahan şəhərində bir hammalın Zəngi adında bir oğlu olacaq, uşağ on iki yaşına çatanda vurub onu öldürəcək. Padşah bu yuxunu görən kimi yerindən dik atılıb tez vəziri yanına çağırtdırır, dili tutula-tutula, təngnəfəs yuxunu ona söyləyib dedi: – Vəzir, görəsən bu yuxu düzdürmü? Vəzir dedi: – Qibleyi-aləm sağ olsun, qoy bir rəmmal çağırım, yuxunu yozsun.

Tərs padşahla üç bacının nağılı

Biri vardı, biri yoxdu, çox-çox qədim zamanlarda bir məmləkətin padşahı vardı. Əhli-məmləkət onun şahlığından çox razı idi. Amma saray əyanları onun tərsliyindən narazı idilər. Vəzir, vəkil bir gün şahdan xəlvət yığılıb məsləhətləşirlər ki, şahı evləndirsinlər, bəlkə tərsliyindən əl çəkə.

Halal pul

Bir kişinin oğlu o qədər tənbəl idi ki, dünyada tayı tapılmazdı. Artıq böyüyüb yekə oğlan olmuşdu, heç bir iş görmək istəmirdi. İndiyə kimi bir qəpik də pul qazanmamışdı. Nə qədər ki atasının qollarında qüvvət, dizlərində taqət vardı, oğlunu yedizdirirdi.