Bobkanın yaşıl, daha doğrusu xaki rəngli qəşəng bir şalvarı vardı. Bobka şalvarını çox xoşlayırdı, həmişə öyünüb deyirdi: – Uşaqlar, görün necə şalvarım var. Lap əsgər şalvarıdır!
Rapunzelin nağılı
Biri var idi, biri yox idi. Uzun müddətdir övladları olmayan bir ailə var idi. Günlərin bir günü onların arzusu gerçəkləşdi və övladları olacağını öyrəndilər.
Çiçək-yeddi ləçək
Biri var idi, biri yox idi. Jenya adında bir qız var idi. Anası Jenyanı mağazaya qoğal almağa yollayır. Jenya qoğal alıb evə qayıdanda ora-bura baxmağa başı qarışır əlindəki qoğalları it oğurlayıb qaçır. Jenya itin arxasınca qaça-qaça gəlib bir meşəyə çıxır. Bir nənə ilə tanış olur. Nənə Jenyaya sehirli, yeddi ləçəkli bir gül bağışlayır.
Baba və nəvə
Baba lap qocalmışdı. Ayaqları gücdən düşmüşdü, gözlərinin işığı getmişdi, dişləri tökülmüş və qulaqları da ağır eşidirdi. Yediyi zaman xörək ağzından tökülürdü.
Tala
Tozağacı özünün son qızılı yarpaqlarını yuxulu qarışqaların yuvalarına, küknarların başına səpələyirdi. Meşə cığırı ilə gedirdim, payız meşəsi gözlərimə dəniz kimi, tala isə bu dənizdə bir ada təki görünürdü.