III. Cansızdan canlıya

Ümumtəhsil məktəblərinin 6-cı sinfi üçün "Həyat bilgisi" fənni üzrə DƏRSLİK

II. Dövlәtimә arxalanıram

Ümumtəhsil məktəblərinin 6-cı sinfi üçün "Həyat bilgisi" fənni üzrə DƏRSLİK

I. Mənim mənəvi aləmim

Ümumtəhsil məktəblərinin 6-cı sinfi üçün "Həyat bilgisi" fənni üzrə DƏRSLİK

"Bembi - meşə nağılı"

Feliks Salten Avstriya yazıçısı, tanınmış uşaq yazarıdır. Bir çox pyes, roman, hekayə qələmə alıb. Teatr, musiqi, ədəbiyyat sahəsində çoxlu məqalələr yazıb. Heyvanlar haqqında yazdığı kitablarla uşaqların sevgisini qazanıb. O özü mahir ovçu olub. Bir ovçu kimi apardığı müşahidələr sayəsində əsərlərində heyvanlar aləmini gözəl təsvir edə bilib. O, heyvanların həyatını öyrənmək üçün çoxlu səfərlərə çıxıb. Hətta evində müxtəlif heyvanlar saxlayıb. Onun heyvanlar haqqında yazdığı “Bembi” adlı nağıl-roman çox keçmədən uşaqların sevimli kitabına çevrilib. 1924-cü ildə ilk dəfə çap olunan “Bembi” sonralar bir çox dillərdə və ölkələrdə işıq üzü görüb.

Alisa möcüzələr diyarında

İngilis yazıçısı Lüis Kerroll Oksford Universitetinin professoru olmuşdur. Riyaziyyat fənnindən dərs demiş, fotoqrafiya sənəti ilə məşğul olmuşdur. O, uşaqları çox sevmiş, sehrli hadisələr, macəralarla dolu nağıllar yazmışdır. Yazıçının qələmə aldığı “Alisa möcüzələr diyarında”, “Alisa güz gü arxasında”, “Deyingənin ovu”, “Silviya ve Bruno” bu gün də uşaqların sevimli əsərlərindəndir. Lüis Kerroll “Alisa möcüzələr diyarında” nağıl povestini 1865-ci ildə yazmışdır. Bu əsər müxtəlif dillərdə çap olunmuş, dəfələrlə ekranlaşdırılmışdır. Alisanın gördüyü qəribə yuxular əsərin əsas süjet xəttini təşkil edir.