Bu boyda tozlu-torpaqlı həyətdə cəmi bircə palma ağacı var- elə bil qəbiristanlıqdı. Həyətdən keçəndə həmişə qəbiristanlığı xatırlayır. Bu səhər onu torpağı su şırnağı ilə sulayan ev sahibi saxladı. - Cənab! Lənət şeytana! Bu cür sima ilə üz-üzə gəlmək - özü də səhərin bu çağında - mütləq xoşagəlməz nədənsə xəbər verir. Bəlkə də o xeyirxah insandı... Hərdən həvəssiz də olsa gülümsəyir... Hər nə qədər bu gülümsəmə ağac qabığındakı çatları xatırlatsa belə...
Öküz
Çinli yazıçı Guan Moye Mo Yan təxəllüsü ilə tanınır. Təxəllüsün mənası çin dilindən “Danışma” deməkdir. Yazıçı karyerasına Çinin islahatlar dövründə Çin dilində nəşr etdirdiyi onlarla qısa hekayə və romanlar yazmaqla başlayıb. Mo Yanın əsərləri “qara yumor”dan ibarət tarixi epik romanlardır. Mo Yan 2012-ci ildə Ədəbiyyat üzrə Nobel Mükafatına layiq görülüb.
Alman malı
Qərib kişi qızını televizorda görəndə təzə əl-ayaq eləyib evə qalxmışdı. Beş ay əvvəl Kənd Təsərrüfatı Nazirliyindən fərdi təsərrüfatın inkişafına ayrılan kreditlə Almaniyadan gətirilmiş üç baş cins inək almışdı. Qərib kişi köhnənin heyvandarı olsa da inəklərdən ikisi yerli şəraitə uyğunlaşa bilməyib tələf olmuşdu. İndi əlində cəmi bircə inək qalırdı, onun da üstündə yarpaq kimi əsirdi. Bu inək də ölsə ona iki il müddətinə quruca kredit ödəmək qalacaqdı. Elə ona görə də heyvanları farağatlayandan sonra cins inəklə xeyli məşğul olmuş, indicə evə qalxa bilmişdi.
Ailəvi şam yeməyi
Kazuo İşiquro — yapon əsilli Britaniya nasiri, kinodramaturqu və roman yazıçısıdır. Yazıçı 2017-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.
Divar
Fransız filosofu, yazıçı, dramaturq, esseist, pedaqoq, ateistik ekzistensializmin nümayəndəsi Jan-Pol Şarl Emar Sartr 1905-ci ilin 21 iyununda Parisdə anadan olub. İlk təhsilini La-Roşeli liseyində alıb, Parisdə fəlsəfə üzrə dissertasiya müdafiə etmək üçün ali məktəb bitirib, Fransanın müxtəlif liseylərində və Berlində fəlsəfə dərsi deyib. Hələ tələbə vaxtı Simona de Bovuar ilə tanış olub və bu tanışlaq onun həyat yolunu müyyən etməkdə böyük rol oynayıb. Fransa müstəmləkəsində olan Əlcəzairin azadlığı və müstəqilliyi yolunda mübarizəyə qalxıb, xalqların azadlığını dəstəkləyib. Bu fəaliyyətinə görə millətçilər onun Parisdəki evini iki dəfə partlatmağa cəhd ediblər, mllətçi-yaraqlılar onun da çalışdığı "Yeni zaman" dərgisinin redaksiyasını beş dəfə ələ keçiriblər.