Yer planeti vardı. Bir də Mars vardı. Onlar bir-birindən çox uzaqda, göy üzünün ortasında, milyonlarla başqa planetin əhatəsində yerləşirdi. Yer planetində yaşayan insanlar həmişə Marsa və başqa qalaktikalardakı planetlərə getməyi arzulayırdı. Amma o planetlər o qədər uzaqda idi ki! İnsanlar hərəkətə keçdi. Əvvəlcə, göy üzünə sputniklər buraxdılar. Sputniklər iki gün Yerin ətrafında fırlanıb geri qayıdırdı. Sonra sputnikləri raketlər əvəzlədi, Yerin ətrafında bir neçə dövrə vuran raketlər geri qayıtmadı, Yerin cazibə qüvvəsindən çıxıb ulduzlararası sahələrə uçdular. Raketlərdə itlər uçurdu. Amma itlər danışa bilmədikləri üçün radioya, sadəcə, "Hav! Hav!" deyirdilər və insanlar itlərin orda nə gördüyünü, itlərin başına nə gəldiyini başa düşə bilmirdi.
Kiçik şeylər
Həmin gün səhər hava dəyişmişdi və qar əriyib kirli suya çevrilmişdi. Qar suyu arxa həyətə baxan çiyin yüksəkliyindəki kiçik pəncərənin kənarı ilə axırdı. Qaranlıq düşməyə başlamışdı və küçədən palçıqlı yolla şütüyən maşınların səsi gəlirdi. Amma təkcə çöldə yox, içəridə də qaranlıq çökməkdəydi. Qadın kandara yaxınlaşanda, o yataq otağında paltarlarını çamadana doldururdu. – Yaxşı ki, gedirsən! Yaxşı ki, gedirsən! – dedi qadın, – Eşidirsən? O, əşyalarını çamadana qoymağa davam edirdi. – İt oğlu it! Getdiyinə o qədər sevinirəm ki! – qadın ağlamağa başladı, – Heç üzümə də baxa bilmirsən, elə? Sonra qadın masadakı körpə fotosunu gördü, götürdü. O, qadına baxdı, qadın da qonaq otağına getməmişdən əvvəl gözlərini silib ona baxdı.
Kağız kürəciklər
Şervud Anderson (1876-1941) XX əsr Amerika nəsrinin ən görkəmli simalarından sayılır. Ədəbiyyata çox gec – otuz beş yaşında qədəm qoyan yazıçının ilk novellaları jurnallarda yalnız 1914-cü ildən görünməyə başlayıb. Bir sıra iri həcmli əsərlərin – "Ayaqlaşma", "Yoxsul ağ", "İstəkdən də o yana" və digər romanların müəllifi olmasına baxmayaraq, Amerika ədəbiyyatında Anderson məhz novella ustası kimi tanınıb, öz kiçik hekayələrində Birləşmiş Ştatların ucqar vilayətlərinin sadə, sıravi sakinlərinin həyatını, taleyini kapitalst dünyasının ziddiyyətləri şəraitində açıb göstərə bilib. Amerikanın gənc yazarlarıyla yaxınlıq edən və onlara dəyərli məsləhətlər verməklə bir çoxunun yaradıcılıq istiqamətini müəyyənləşdirən Anderson sonradan nəhəng ədəbi fiqura çevrilmiş Uilyam Folknerin (həmçinin müəyyən mənada Ernest Heminqueyin) müəllimi sayıla bilər; fərziyyələrə görə, hətta məşhur Yoknapatofa saqasını yazmaq ideyasını da Folknerə məhz o verib.
Həvəssiz ər
Çoxdanıncı illərdə qızılgüllərin çox-çox ətir yaydığı və akasiyaların çox-çox kölgə saldığı bir payız fəslində, kobud və acgöz Ramon Kamomila da hamının yaxşı tanıdığı mikroba yoluxdu: evlilik həvəsi. – Yaxında evlilik görünür, cücələrim! – dostu Manolo Romaqoso ilə kazinoya qalxarkən can-ciyər dostlarıyla qabaqlaşanda salamlaşmaq əvəzinə belə dedi. – Evlilik? – Bəli, evlilik, – Ramon təsdiqlədi. – Sənin? – Mənim. – Hansısa qızla? – Əlbəttə! Brakonyerlə evlənəsi deyiləm ki. – Bəs bu hadisə nə vaxt baş verəcək? – Hələ bilmirəm. – Necə yəni? – Hələ ki, nişanlımla tanış deyiləm. İnnən belə axtarmağa başlayacam…
Göbələk
İsrail yazıçısı Etqar Keret (1967) postmodernist təmayüllü ədib kimi ölkəsində və dünyada məşhurdur. Əsasən absurd və ironiya yüklü qısa hekayələri ilə şöhrətlənib. Onun sadə, çevik dilli, zəngin məzmunlu yığcam hekayələri İsrail ədəbiyyatında bu janrın populyarlaşmasına ciddi təkan verib. Yaradıcılığı nüfuzlu mükafatlarla dəyərləndirilən Etqar Keret bədii ədəbiyyatla yanaşı teatr, kino, televiziya sahəsində də önəmli uğurlar qazanıb.