Xatiratım

“Xatiratım” memuarının dili və üslubu da “Danabaş kəndinin əhvalatları”nın təhkiyəsi ilə eynidir. Bu əsər qiymətli memuar ədəbiyyat nümunəsi olmaqdan başqa, həm də cəlbedici, düşündürücü, ibrətamiz, oxunaqlı orijinal bir nəsr əsəri təəssüratı yaradır. Heç tərəddüd etmədən “Xatiratım” memuarını Azərbaycan sənədli nəsrinin ən mükəmməl nümunələrindən biri kimi qəbul etmək olar.

Qorxulu nağıllar

Bu hekayələrdə valideynlərini itirmiş uşaqların acı taleyindən söhbət açılır. Hekayələrdən üçü Hacı Səmədin adından söylənilir. Onun oğlu Məmmədə və qızı Fatiməyə danışdığı qorxulu əhvalatlar uşaqları dəhşətə gətirir. “Qorxulu nağıllar” adı təəccüb doğurmamalıdır. Müəllif bu barədə yazıb: “Bu hekayələr həqiqətən də qorxulu idi. Lakin onlar uşaqları qorxutmur, onlara həyat həqiqətlərini, həyatın işıqlı və qaranlıq tərəflərini açır, xeyirxahlıq və ədavətin təntənəsini əks etdirirdi”.

Marallarım

Əbdürrəhim bəy Haqverdiyevin 1910-cu ildən etibarən "Marallarım" adı altında "Molla Nəsrəddin" jurnalında çap etdirdiyi hekayələrini "Mütrüb dəftəri" ilə başlamışdır. Hekayədə kənd yüzbaşısı Qasım əminin fəaliyyətindən danışılır. "Marallarım" adı altında gedən hekayələrdə ədib dövrün bir sıra mühüm məsələlərinin bədii həllini verir, cəhalət, nadanlıq və köhnə etiqadlara istehza edir, xalqın ruhunu, zehnini zəhərləyən təbliğatçıları kəskin tənqid atəşinə tuturdu.

Danabaş kəndinin əhvalatları

Cəlil Məmmədquluzadənin şah əsərlərindən sayılan «Dana­baş kəndinin əhvalatları» əsərində bir kəndin timsalında avam­lığın, mütiliyin, hüquqsuzluğun bütöv bir cəmiyyəti hansı faciələrə sürükləyə biləcəyi böyük ustalıqla təsvir olunmuşdur.

Aldanmış Kəvakib

Baharın əvvəli idi, novruzdan üç gün keçmişdi. Şah Abbas günortadan üç saat keçmiş qəsrdə öz arvadı Səlma xatun ilə oturub söhbətə məşğul idi ki, xacəbaşı xacə Mübarək içəri girib, baş əyərək ərz elədi ki: - Münəccimbaşı Mirzə Sədrəddin qibleyi-aləmin ziyarətinə müşərrəf olmaq istəyir, bir vacibi işdən ötrü. Şah Səlma xatuna işarə etdi ki, hərəmxanaya getsin və xacəyə buyurdu ki: - Mirzə Sədrəddini çağır gəlsin!