Qarabağ tarixi

Müqəddimə, 7 əsas fəsil, 13 qısa hissə və son sözdən ibarət olan bu əsərdə Qarabağın qədim zamanlardan başlayaraq, 1828-ci ilə qədər davam edən siyasi tarixindən bəhs edilir. Xüsusilə, 1747-1828-ci illərdə Qarabağ və qonşu rayonlarda baş verən tarixi hadisələr, Pənah xan və İbrahim xanın hakimiyyəti haqqında verilən məlumatlar və s. olduqca dolğun əksini tapıb. Əsərin müqəddimə və son sözündə deyildiyi kimi, bu hadisələri təsvir edən müəllif uzun zaman hər iki xanın yanında katiblik və vəzirlik etmiş, haqqında danışılan bir çox hadisələrin şahidi və iştirakçısı olmuşdur.

Dünya məktəblərində bir gün

Bu kitabda sən dünyanın müxtəlif ölkələrində təhsil alan 14 şagirdlə tanış olacaqsan. Bu uşaqların hər birinin məktəb şəraiti fərqli olsa da, onların hamısı oxumağı və oynamağı çox sevir.