Qırmızı pultlu maşın

Hekayə maraqlı hadisələr, macəra dolu əhvalatlar vasitəsilə uşaqlara dostluğu, qardaşlığı öyrədir, əsl dostluq münasibətləri qurmağın sirlərini aşılayır. Kitabdakı hekayələr dil və üslub cəhətdən kiçikyaşlı məktəblilərin yaş səviyyəsinə uyğunlaşdırılmışdır.

Oğlumun parta yoldaşı

Taleyin ironiyası

Rus əsilli Vladimir Nabokov 1899-cu ildə Sankt-Peterburqda aristokrat ailəsində anadan olub. Vladimir kiçik yaşlarından ingilis və fransız dillərini öyrənmişdi. Atası inqilabdan sonra həbs edilir və onlar ailəvi olaraq Almaniyaya köçürlər. Nabokov İngiltərənin Kembric kollecində təhsilini davam etdirir. Atasının ölümündən sonra Almaniyaya qayıdır və on beş il ərzində burada tərcüməçilik və pedaqoji fəaliyyətlə məşğul olur. Ədəbiyyat aləmində Henrix Heynenin əsərlərini mükəmməl surətdə ingilis dilinə çevirməklə şöhrət qazanıb.

Qızıl açar və ya Buratinonun macəraları - I

Rus-sovet yazıçısı və ictimai xadimi Aleksey Nikolayeviç Tolstoy bir sıra sosial-psixoloji, tarixi, həmçinin elmi-fantastik roman, povest, hekayələrin, publisistik əsərlərin müəllifidir. Olduqca hərtərəfli və məhsuldar bir yazıçı olan A.Tolstoyun qələmindən iki şeir toplusu, qırxdan artıq pyes, bir neçə roman, ssenarilər və s. çıxmışdır. “Qızıl açar və ya Buratinonun macəraları”nı A.Tolstoy Karlo Kollodinin “Pinokkionun sərgüzəştləri. Taxta kukla haqda əhvalat” nağılının motivləri əsasında yazmışdır. Əvvəlcə italyan nağılının süjetini eynilə nəql edən yazıçı sonradan öz, orijinal ideyalarına üstünlük vermiş və köhnə kətan üzərində çəkilmiş ocaq və Qızıl açar haqda rəvayət yaratmışdır. A.Tolstoy özü bu barədə belə yazırdı: “Əvvəlcə sadəcə rus dilində Kollodinin məzmununu yazmaq istəyirdim. Ancaq sonra bu fikirdən daşındım, çünki olduqca darıxdırıcı və quru alınır. İndi isə həmin mövzunu öz bildiyim kimi işləyirəm”.