Alo! Dünyanı dolaşmadan, yalnız öz küçəmizdə, öz şəhərimizdə gördüyümüz qızları sevdik. Bəlkə də mənim əsl sevgim Məsələn, uzaq Afrikadakı qaradərili qız idi.
Mətbəxlik
Bir qadın var hardasa tələsir mətbəxə, dükana, işə gözləri razılaşmaq dilində susur həmişə. Metroda əlləri yaxasına, çantası dizlərinə səngər…
Sevmədiyin qadın
Sevmədiyin qadınla bir damın altında yaşamaq, nə onu aldatmaqdı, nə də özünü. sevmədiyin qadınla bir damın altında yaşamaq, sevgidə zibillik kimi eşələnməkdi, yemirsən, amma nəsə axtarırsan orda.
Günəbaxan zəmisindəki günəbaxmayan
İcazə verin, başımı aşağı sallayım Unudulum hamınızın yerinə. İcazə verin, sizi atıb getmiş sevgiliniz olum Puç olmuş arzularınız, ölmüş ümidləriniz olum Qazanıb itirdiyiniz pulunuz olum. İcazə verin, hər şeyiniz, hamınız olum, Günəşə yaltaqlanan kölgəniz olum. İcazə verin, mən də bir az siz olum.