Bir qucaq torpaq

Ovcumdakı torpaq barmaqlarımın arasından süzüldükcə torpaqdan gələn cənnət ətrini qoxlayıb ciyərlərimə çəkirəm. Hər nəfəs aldıqca bu ətri dərindən hiss edib ona qovuşmağımın sevincini daha ürəkdən yaşamaq üçün gözlərimi bərk-bərk yumuram. Gözlərimi sıxdıqca aramla damcılayan göz yaşlarım ovcumdakı torpağa tökülür, cənnət qoxulu vətən torpağına sanki indiyədək qəlbimi didib-dağıdan həsrətin, nisgilin də ətrini qatır.

17:00-da dayanan saat

Vüsalın adı gələn yerdə hey danışmaq istəyirsən. Onun kimliyinin necəliyindən, necə qəhrəman, necə şəxsiyyət olmasından söz açmaq gəlir insanın içindən. Amma danışdıqca sözlərin onun böyüklüyü qarşısında nə qədər kiçik olduğunu dərk edib daha möhkəm susmağa qərar verirsən. Gedişi ilə tarix yazan dostum, böyüklüyü ilə sükuta qərq edən dostum, sən həmişə sükutun möhtəbərliyində yaşayacaqsan. Bütün səssizliklərdən bir sən gülümsəyir!..

Danışan onların ruhları idi

Damət Salmanoğlunun hekayələri özündə dövrün havasını hiss etdirən mətnlərdir. Bu hekayələrdə hissi baxımdan konsentrasiya son dərəcə güclüdür. Hadisələrin dinamizmi bu hekayələri birnəfəsə oxumağa sövq edir.

Körpə və kürən pişik balası

Gözəl günlər idi. Həmişəki südlü sıyıqla qarnını doyurandan sonra yuxuya getmək necə də ləzzət edirdi. Adətən onu anası özü yedirirdi. O, hər dəfə ağzına qoyulan qaşıq dolusu sıyığı ləzzətlə udub növbəti qaşıq üçün ağzını açanadək anası səbirlə gözləyirdi.

Qəribə və maraqlı günlər(Müharibə rapsodiyası)

Belə bir gün idi, – atam bu əhvalatı danışanda, bunu xüsusi olaraq vurğulayır və əlavə edirdi – qeybətdən, deyinməkdən, bir-birinin arxasınca asıb kəsməkdən yorulan kənd camaatı çayxanalara çəkilib domino “çırpanda” kəndə qalxan yolla hərbi maşın sürətlə yaxınlaşırdı. Hərbi komissarlığın nümayəndəsi, deyəsən, xidmətdən yeni qayıtmış əsgərlərə çağırış vərəqələri gətirirdi. Ürəyində müharibəni lənətləsə də, gətirdiyi vərəqələri paylamalı, orduya çağırılan gənclərin sabah Hərbi Komissarlıqda toplanmalarını təşkil etməli idi.