Alisa möcüzələr diyarında

İngilis yazıçısı Lüis Kerroll Oksford Universitetinin professoru olmuşdur. Riyaziyyat fənnindən dərs demiş, fotoqrafiya sənəti ilə məşğul olmuşdur. O, uşaqları çox sevmiş, sehrli hadisələr, macəralarla dolu nağıllar yazmışdır. Yazıçının qələmə aldığı “Alisa möcüzələr diyarında”, “Alisa güz gü arxasında”, “Deyingənin ovu”, “Silviya ve Bruno” bu gün də uşaqların sevimli əsərlərindəndir. Lüis Kerroll “Alisa möcüzələr diyarında” nağıl povestini 1865-ci ildə yazmışdır. Bu əsər müxtəlif dillərdə çap olunmuş, dəfələrlə ekranlaşdırılmışdır. Alisanın gördüyü qəribə yuxular əsərin əsas süjet xəttini təşkil edir.

Cəsur kapitanlar

Baş qəhrəman Harvi Ceyn zəngin bir ailənin uşağıdır. Harvi lovğa və özündən razıdır. Təhsil almaq üçün Avropaya getmək istəyir. Dəbdəbəli gəmidə anası ilə yola düşür. Bu vaxt gözlənilməz hadisə baş verir: Harvi gəmidən suya düşür. Bir balıqçı gəmisinin ekipajı onu xilas edir. Bir andaca hər şey dəyişir. Artıq təkəbbürlü Harvi Ceyn dəbdəbəli həyatı unudub kasıb balıqçıların olduğu adi həyatda yaşamalıdır... Maraqlı süjeti, axıcı dili, səlis üslubu ilə Harvi ilə birgə biz də keçmişə səyahət edəcəyik...

Balaca Kiberin macəraları

Namiq Abdullayev Azərbaycan ədəbiyyatında elmi-fantastika janrının ən qüdrətli nümayəndələrindən biri hesab edilir. “Balaca Kiberin macəraları” romanı da Namiq Abdullayevin fantastik janrda yazdığı ən maraqlı əsərlərindən biridir. Orta yaşlı uşaqlar üçün nəzərdə tutulmuş bu əsərdə balaca Kiberin başına gələn maraqlı macəralardan − onun yad planetə səyahətindən və dostlarının köməkliyi ilə pis niyyətli məxluqlara qarşı mübarizəsindən bəhs olunur.

80 günlük dünya səyahəti

Məşhur fransız yazıçısı Jül Vern dünya ədəbiyyatı tarixində elmi-fantastik romanın banisi sayılır. “80 günlük dünya səyahəti” romanı onun məşhur əsərlərindən biridir. Roman “London İslahatlar Klubu”nun üzvü Fileas Foqun səksən gün ərzində dünya ətrafındakı səyahətindən və bu səyahət boyunca başına gələn macəralardan bəhs edir. Oxucu əsərdə maraqlı sərgüzəştlərin, süjet xəttindəki kəskin dönüşlərin şahidi olur. Bu irihəcmli əsər məktəblilər üçün sadələşdirilmişdir.

Qızıl açar və ya Buratinonun macəraları - II

Rus-sovet yazıçısı və ictimai xadimi Aleksey Nikolayeviç Tolstoy bir sıra sosial-psixoloji, tarixi, həmçinin elmi-fantastik roman, povest, hekayələrin, publisistik əsərlərin müəllifidir. Olduqca hərtərəfli və məhsuldar bir yazıçı olan A.Tolstoyun qələmindən iki şeir toplusu, qırxdan artıq pyes, bir neçə roman, ssenarilər və s. çıxmışdır. “Qızıl açar və ya Buratinonun macəraları”nı A.Tolstoy Karlo Kollodinin “Pinokkionun sərgüzəştləri. Taxta kukla haqda əhvalat” nağılının motivləri əsasında yazmışdır. Əvvəlcə italyan nağılının süjetini eynilə nəql edən yazıçı sonradan öz, orijinal ideyalarına üstünlük vermiş və köhnə kətan üzərində çəkilmiş ocaq və Qızıl açar haqda rəvayət yaratmışdır. A.Tolstoy özü bu barədə belə yazırdı: “Əvvəlcə sadəcə rus dilində Kollodinin məzmununu yazmaq istəyirdim. Ancaq sonra bu fikirdən daşındım, çünki olduqca darıxdırıcı və quru alınır. İndi isə həmin mövzunu öz bildiyim kimi işləyirəm”.