Qızıl açar və ya Buratinonun macəraları - I

Rus-sovet yazıçısı və ictimai xadimi Aleksey Nikolayeviç Tolstoy bir sıra sosial-psixoloji, tarixi, həmçinin elmi-fantastik roman, povest, hekayələrin, publisistik əsərlərin müəllifidir. Olduqca hərtərəfli və məhsuldar bir yazıçı olan A.Tolstoyun qələmindən iki şeir toplusu, qırxdan artıq pyes, bir neçə roman, ssenarilər və s. çıxmışdır. “Qızıl açar və ya Buratinonun macəraları”nı A.Tolstoy Karlo Kollodinin “Pinokkionun sərgüzəştləri. Taxta kukla haqda əhvalat” nağılının motivləri əsasında yazmışdır. Əvvəlcə italyan nağılının süjetini eynilə nəql edən yazıçı sonradan öz, orijinal ideyalarına üstünlük vermiş və köhnə kətan üzərində çəkilmiş ocaq və Qızıl açar haqda rəvayət yaratmışdır. A.Tolstoy özü bu barədə belə yazırdı: “Əvvəlcə sadəcə rus dilində Kollodinin məzmununu yazmaq istəyirdim. Ancaq sonra bu fikirdən daşındım, çünki olduqca darıxdırıcı və quru alınır. İndi isə həmin mövzunu öz bildiyim kimi işləyirəm”.

Kapitan Qrantın uşaqları - II

Roman fırtına nəticəsində gəmiləri qəzaya uğramış kapitan Qrantın və iki matrosun axtarışından bəhs edir. Qrantın uşaqları – Robert və Meri Qrant “Dunkan” gəmisi ilə atalarının axtarışına çıxırlar. Gənc kapitan Con Manqls, coğrafiyaşünas alim Jak Paqanel və məşhur dənizçi qızı Elen Qlenarvan onlara kömək edir. Yolun asan başlamasına baxmayaraq, təhlükələr getdikcə artır. Onları həm quruda, həm də dənizdə müxtəlif macəralar müşayiət edir, amma bütün təhlükələrin öhdəsindən mərdliklə gəlirlər. Romanın sonunda kapitan Qrant və matroslar xilas olunur, səyyah­lar Şotlandiyaya qayıdırlar. Əsərdə incə yumor və nikbin ruh hakimdir. Fransız yazıçısı Jül Vern ədəbiyyatda elmi fantastika janrının ən gör­kəmli nümayəndələrindən biri hesab olunur. İlk romanı “Açıq fəzada beş həftə” bitəndə 35 yaşı vardı. Bütün dövrlərin ən çox tərcümə edilmiş müəllifləri siyahısında ikinci yerdə qərarlaşıb. “Kapitan Qrantın uşaqları”nı 1867-1868-ci illərdə yazıb.

Kapitan Qrantın uşaqları - I

Tom Soyyerin macəraları

Böyük Amerika yazıçısı Mark Tvenin (1910) ‘Tom Soyyerin macəraları’ romanı dünya uşaq ədəbiyyatının incilərindən sayılır. Əsər Tomla dostlarının başına gələn maraqlı, qorxulu və əyləncəli hadisələrdən bəhs edir. Macəra axtaran uşaqlar kimsəsiz adada tufana düşürlər, geri qayıdanda isə özlərinin dəfn mərasiminə gəlib çıxırlar. Tomla Hekin qəbiristanlıqda təsadüfən şahidi olduqları bir qətl hadisəsi onların sonrakı taleyinə həlledici təsir göstərir…

Vinni Puh

Görkəmli ingilis yazıçısı Alan Aleksandr Miln 1882-ci ildə Londonda dünyaya gəlib. Uşaqlıqda yaxşı təhsil almış, sonra Kembric Universitetini bitirmişdir. Müxtəlif janrlarda əsərlər yazsa da, ona dünya şöhrəti gətirən «Vinni-Puhun nağılları» olmuşdur. Əsərin əsas qəhrəmanları müəllifin oğlu Kristofer Robinlə oyuncaq ayı balası Vinni-Puh, bir də onların oyuncaq dostlarıdır. Bu qəribə oyuncaqlar meşədə yaşayır, canlı varlıqlar kimi həyatın müxtəlif çətin sınaqlarından çıxırlar. Dərin yumorla yazılmış «Vinni-Puhun nağılları» nəinki uşaqlar, hətta böyüklər tərəfindən də maraqla oxunur. Dünyanın əksər dillərinə çevrilmiş bu əsər əsasında saysız-hesabsız cizgi filmləri çəkilib. Miln 1956-cı ildə vəfat etsə də, adı «Vinni-Puhun nağılları» sayəsində əbədi yaşayacaqdır.