Martin İden Cek Londonun sayca 21-ci romanıdır və avtobioqrafik xarakter daşıyır. Yazıçı romanda şəxsiyyətin mənəvi süqutuna çıraq tutur. Martin İden mənsub olduğu sosial təbəqədən qopub yad cisim kimi burjua dünyasına düşür, Morzlar ailəsi onun mənəvi aləmini tar-mar edir. Martin İden Cek Londonun özüdür və ən dəhşətlisi də budur ki, yazıçı bu romanda öz sonunu dəqiqliklə təsvir edib. Martin İden cəsarətin, gücün, ümidin, inamın, ağlın, sevginin, əməyin romanıdır. Adi bir matros olan Martin iynə ilə gor qazaraq dövrünün ən məşhur yazıçısına çevrilir. Ruf üçün, sevdiyi qadın üçün... Bəs Martinin itirdiyi cənnət və ya qazandığı cəhənnəm nələrdən ibarətdir? Hansı Martin daha xoşbəxt idi? Martin İden in özünəməxsus sehri var və çox az adam bu sehrdən yayına bilir.
Ər və arvad
Hekayənin əsas qəhrəmanları – Səlim və Sürəyya adlı cütlükdür. Onların ailə həyatı əslində pis deyil, lakin Səlim çox qısqanc və tez təsirlənən bir insandır. Sürəyyanın hər hansı sözü, hərəkəti, hətta heç bir mənası olmayan kiçik bir detal belə, Səlimdə şübhə doğurur. O, hər şeyi özünə sərf edən tərzdə yozur. Bir gün Səlim təsadüfən bir məktub tapır və dərhal bundan “xəyanət sübutu” çıxarmağa başlayır. Halbuki məktubun məzmunu ailə ilə tamamilə əlaqəsiz, adi, rəsmi bir məktubdur. Amma Səlim öz şübhələrinin təsirinə düşərək Sürəyyanı sorğu-suala tutur, evdə əsəbi vəziyyət yaradır. Sürəyya əvvəlcə təəccüblənir, sonra incimir, sadəcə ərinin bu davakar, əsassız təşvişinə təmkinlə cavab verir.
Bir karyeranın tarixçəsi
Andre Morua, Elbefdə dünyaya gəlibdir və Ruanın Pierr Kornell Lisesində təhsil almışdı ki hər ikisi də Normandiyada yerləşir. Morua Ernest Herzoq, bir yəhudi tekstil istehsalçısı və Alis (Levi-Rüeff) Herzoqun oğlu idi. Andre Morua bir çox psixoloji romanların və bioqrafik hekayələrin müəllifi olmuşdur. İkinci Dünya müharibəsi zamanı Morua fransız ordusunda kapitan kimi xidmət etmişdir. Daha sonra ABŞ köçüb gedir və Kanzas Universitetinde müəllim kimi işləyir. Bu dövrdə O bioqrafik əsərlərini yazır: Frederik Şopen (1942), general Duayt Eyzenhauer (1945), Bencamin Franklin (1945) və Vaşinqton (1946). 1943-cü ildə Morua Şimali Afrikaya köçür, 1946-cı ildə isə Fransaya qayıdır. İncə zövqə, dərin psixologizmə və sözün həqiqi mənasında klassik dünyagörüşünə malik andre Morua dünya ədəbiyyatında, əsasən , avtobioqrafik roman janrının ustadı kimi tanınır.Meri Şelli, Corc Bayron , Onore de Balzak, Viktor Hüqo, Aleksandr Düma , Jorj Sand, İvan Turgenyev və Çexov haqqında yazdığı kitablar Moruanın adını bu janrda yazılmış ən yaxşı əsərlər müəllifi kimi əbədiləşdirib.