Eynək taxan günəş

Babası Muradı evlərinin yaxınlığındakı “Xan bağı”na apardı. Günəşin şüaları ağacların yaşıl yarpaqları arasından süzülür, onların gözlərini qamaşdırırdı. Murad gün eynəyini taxıb yoluna davam elədi.

Şokolad ev

Biri vardı, biri yoxdu, Əziz və Nərgiz adında qardaş-bacı vardı. Goilərin birində onlar meşəyə moruq yığmağa getdilər. Ha axtardılar, moruq taia bilmədilər. Bu azmış kimi geri qayıdanda gəldikləri yolu da itirdilər. Yolu axtara-axtara gedirdilər ki, qabaqlarına bir ev çıxdı.

Evə ayı gəlib

Rəşadla Lalənin yay günləri çox maraqlı keçirdi. Onlar həm iş görür, həm də hər gün özlərinə maraqlı bir əyləncə tapırdılar. Quşlar üçün yuva düzəldir, evlərinin yaxınlığında yerləşən balaca göldən balıq tutur, meşəyə gəzməyə gedir, vaxtlarını maraqlı keçirirdilər. Bir gün onların qonşuluğuna şəhərdən balaca, toppuş, həm də dilli-dilavər bir qız gəldi.

Xan çinarın yarpağı

Xan çinarın başı göyün bir qatındadır, kökləri ana torpağın qoynunda. Gün doğanda ilk işıltıları alnından öpər xan çinarın. Al şəfəqdə işım-işım işıldar xan çinarın yarpaqları. Quşlar yuva qurar, bala böyüdər xan çinarın qucağında.

İki ana

Gülyaz Küdrünün göy düzündən göy yığırdı. Azacıq aralı buludun yaşıllıqlara saldığı kölgə altında qoyduğu südəmər körpəsi yatırdı.