Yevgeni Onegin

“Yevgeni Onegin” Puşkinin ən sevimli əsəridir. Burada şairin bütün həyatı, gözəl hissləri, fikir və idealı ifadə olunub. Onegin obrazı böyük ümumiləşdirici qüvvəyə malikdir. Oneginin xarakterində Puşkin zəmanəsinin zadəgan-mülkədar gənclərinin keçdiyi yolu böyük sənətkarlıqla göstərə bilib. Tatyana obrazı dərin və mənalıdır. O, öz zövqü, əxlaqi görüşlərində möhkəmdir, yenilməzdir. Lakin bu mühit sağlam ruhlu gəncləri mənən şikəst edir, onları həyatın qaranlıq guşələrinə atır. Tatyana müstəqilliyə can atsa da, mənsub olduğu zümrənin kobud qanunları ilə üz-üzə gəlməli olur. Bu mühit gənc nəsil üçün qaranlıq bir zindan idi.

Xristofor Kolumb

Kolumbun adı tarixə Amerika qitəsini kəşf edən ilk səyyah kimi düşüb. Dənizçilik karyerasına 22 yaşında başlayan Kolumbun rəhbərlik etdiyi donanma 1492-ci ildə Hindistana dəniz yolunu tapmaq üçün yola çıxdı. Həmin ilin oktyabrında matroslardan biri «Torpaq!» deyə həyəcanla bağıranda Xristoforun sevinci yerə-göyə sığmırdı. O fikirləşirdi ki, axtarışına çıxdığı dəniz yolunu, nəhayət, tapıb. Kolumb, həqiqətən də, böyük kəşfə imza atmışdı, lakin onun ayaq basdığı torpaq Hindistan yox, o vaxtadək varlığı heç kimə məlum olmayan Amerika qitəsi – Yeni Dünya idi.

Batmanqılınc - II HİSSƏ

Ro­man­da XVIII əs­rin so­nun­da Azər­bay­can xan­lıq­la­rı ara­sın­da­kı zid­diy­yət­li mü­na­si­bət­lər­dən, hə­min dövr­də Qa­ra­bağ­da cə­rə­yan edən ha­di­sə­lər­dən, Azər­bay­can tor­paq­la­rı­nın bü­tün­lük­lə öz ha­ki­miy­yə­ti al­tın­da gör­mək is­tə­yən Ağa Mə­həm­məd şah Qa­car­dan, Qa­ca­rın şi­ma­li Azər­bay­­ca­na yü­rü­şün­dən, Rus im­pe­ri­ya­sı­nın Qaf­qaz­da ilk da­yaq­la­rı­nın ya­ran­ma­sın­dan və bu gər­gin ic­ti­ma­i-­si­ya­si du­rum­da fa­ci­ə­li gün­lər ya­şa­yan o tay­lı-­bu tay­lı Azər­­bay­can xal­qı­nın qis­mə­ti­nə düş­müş ağ­rı­lı­-a­cı­lı ta­le­dən söh­bət açı­lır.

Batmanqılınc - I HİSSƏ

Romolo və Remo

Hekayədə hadisələr İkinci Dünya Müharibəsindən sonrakı Romada cərəyan edir. Əsərin mərkəzində yoxsulluq, aclıq və insanların sağ qalmaq mübarizəsi dayanır. Baş qəhrəman çox acdır və pulu yoxdur. O, köhnə dostu Romulun işlətdiyi yeməkxanaya gedib, orada dostluqlarına güvənərək pulsuz yemək yeməyi planlaşdırır. Yeməkxanaya çatdıqda qəhrəman görür ki, dostu Romulun vəziyyəti ondan da betərdir. Romul, arvadı və uşaqları dərin bir yoxsulluq və daxili münaqişə içindədirlər. Hətta bir tikə çörək üstündə ailədə böyük dava düşür.