Quşlar uçmayan yerdə

Gənc aktyor İbrahim İbrahimov birinci mövsüm idi ki, Şaxta baba olurdu. Bu işi ona dünyanın əlləm-qəlləm haqq-hesablarından yaxşı baş çıxardan, burnunu hər yerə soxmağı bacaran ütük bir dostu düzəltmişdi. Düzəltmişdi ki, İbrahim yeni il bayramında bir az qəpik-quruş qazansın. İbrahim dostundan da razı idi, taleyindən də. Düzdü, təcrübəli, yaşlı həmkarları kimi böyük zallarda meydan sulamaq hələ ona qismət olmamışdı, uşaqları bəzəkli ağacın dövrəsində əyləndirmirdi, onlara qoşulub nəfəsli orkestrin çaldığı “Nəlbəki”yə oynamırdı, ancaq nə qəm – İbrahim evlərə gedib körpələrə hədiyyələr paylayırdı – İbrahim sifarişlə çağrılan Şaxta babaydı, ona görə də tay-tuşları adına “zakaznoy Ded moroz” deyirdilər.

Cehiz güzgüsü

Toy gününə bir həftə qalmış Abdullanın evinə bərk qan-qaralıq düşdü. Abdulla eşitmişdi ki, qız köçürtmək ağır işdi, amma heç ağlına da gətirməmişdi ki, bu ağırlıq bapbalaca bir şeyin ucbatından olacaq. Qızın cer-cehizi çoxdan düzəlmişdi: iynə-üskükdən tutmuş mebeləcən hər şeyi vardı. Birdən duyuq düşdülər ki, güzgü yoxdu.

Qarlı bir gün

Maşın axırıncı binaların yanından ötüb, şəhərdən çıxdı. Sonu görünməyən düzənlik başlandı. Dünənə qədər bozaran çölə indi elə bil ağ kətandan qalın pərdə çəkmişdilər. Qar dənələri fırlana-fırlana yerə ələnirdi. Sanki göydə saysız-hesabsız kəpənək dəstəsi uçuşurdu. Soyuq adamın bədənini ağaca döndərirdi. Arx boyu seyrək əkilmiş xırda çılpaq ağaclar başlarını yerə vurub təzədən dikəlirdilər. Yol-iz görünmürdü. Maşın teleqraf dirəklərinin tuşu ilə elə bil əl havasına gedirdi.

Hayıf ki, yoxdur!

Kür qırağının əcəb seyrəngahı var, Yaşılbaş sonası, hayıf ki, yoxdur! Ucu tər cığalı siyah tellərin Hərdən tamaşası, hayıf ki, yoxdur!

Kibrit satan qız

İlin son günü idi. Hava çox soyuq idi. Sıyıq sıyıq qar yağırdı. Axşam olmaq üzrə idi. Çöldə başı açıq, ayaqyalın kiçik bir qız gedirdi. Səhər evdən çıxarkən ayağında anasının köhnə bir ayaqqabısı vardı. Amma ayaqqabılar böyük gəlirdi. Qarda gedərkən salıb itirmişdi. İndi kiçik qızın ayaqları soyuqdan göyərmişdi. Əlindəki kibritləri satmağa çalışırdı. Lakin səhərdən bəri bir qutu belə sata bilməmişdi. kibrit satan yoxsul qızSoyuqdan donmaq üzrə idi. Qarnı çox acmışdı. Evlərdən xoş ətirli yemək qoxuları gəlirdi. Kiçik qız, kibrit sata bilmədiyi üçün evə gedə bilmirdi. Çünki atası çox qızacaqdı. Onsuz da evləri də küçələrdən daha isti deyildi. Qızcığaz bir evin küncünə büzüşərək oturdu. O qədər üşümüşdü ki, bir kibrit yandırıb isinməyi düşündü.