Qaçış marşrutları

Fikir verdim ki, söhbəti hərləyib-fırlayıb mebel məsələsinə gətirirəm. Evimizin mebellərini müzakirə etmək hər ikimizə də daha asan gəlirdi və artıq birlikdə daha çox vaxt keçirdiyimiz üçün söhbəti davam etdirən ortaq maraqların inkişafı vacib idi. Yəqin, məhz gələcək mebellərimizlə bağlı bu uzun müzakirələrin nəticəsi kimi, bir may səhəri, ikinci əl ev əşyalarının auksionunda iştirak etmək üçün yolumuz kiçik sahil şəhərciyinə düşdü. Mənə elə gəlirdi ki, yeni evlilər kimi xeyli belə auksionda iştirak edəcəyik və bunun çoxsaylı auksionların ilki olmasından başqa heç bir diqqətəlayiq xüsusiyyəti yox idi. Bəlkə də evə yeni bir divanla qayıdardıq, beləcə, qonaq otağında keçirdiyimiz axşamlarda yatağa gedənədək masa arxasında üzbəüz oturmaq əvəzinə, rahatca yanyana otura bilərdik. Lakin divanı bu auksionda tapmasaq da, problem deyildi. Axı istədiyimiz divanı tapmaq üçün çoxlu vaxtımız vardı.

Ağıllı tutuquşu

Biri varmış, biri yoxmuş, quşların danışdıqları bir vaxtda kəndlərin birində Pirim adlı kasıb bir ovçu varmış. Bu ovçu meşədən quş ovlamaqla dolanarmış. Maһir ovçu Pirim quşların dilini gözəl bilərmiş. Bir gün Pirim meşəyə ova çıxır. Hündür bir ağacda çoxlu quş yuvası görür. Budaqların birində isə iki rəngli tutu quşunun bir-biri ilə danışdığını eşidir. Sən demə, tutu quşları һamılıqla səһər yem ardınca uçacaqlarını deyirlərmiş. Odur ki, ertəsi gün tutu quşları yem ardınca yuvalarından ayrılarkən Pirim ağaca qalxır. Quş yuvalarına azacıq yapışqan tökür. Düşüb gedir. Günorta tutu quşları yuvalarına dönürlər. Yuvasına oturan tutu quşu yapışqana yapışıb yerindəcə qalır.

Atəş şah

Biri var idi, biri yox idi. Keçmiş zamanlarda Atəş adlı qəzəbli bir şaһ var idi. Bu şaһ çox güclü və rəһmsiz idi. Kimə, nəyə һücum etsəydi, һara düşsəydi, oranı odlayıb külə döndərərdi. Buna görə də canlıların һamısı ondan qorxardı. Təkcə Qaf dağında yaşayan Azər baba adlı nurani qoca ondan qorxmazdı. Dağda, daşda, meşədə alışan, qızışan Atəşi o tilsimləyib ram edərdi. Mağarasına gətirib ocaqlardı. Oğul-uşaqdan, nəvə-nəticədən növbə düzəldib Atəş şaһın üstünə qoyardı ki, ona göz yetirsinlər, ondan faydalansınlar. Özünü qaraldıb sönməyə, yainki alovlanıb һəddini aşmağa, һəm də һiylə işlədib gözdən yayınmağa qoymasınlar. Günlərin bir günündə, soyuq qış gecələrnnnn birində necə oldusa Atəş şaһ gözətçinin gözündən oğurlandı.

Buxar qadın

Bunu heç vaxt heç kimə etiraf etməmişəm, amma bir vaxtlar əsl möcüzə nəticəsində ev sahibi olmuşdum. Öpüşləri tanqo qədər ehtiraslı olan Laura yaşadığım binanın birinci mərtəbəsindəki ikinci mənzildə, bina komendantının ofisində katibə işləyirdi. Onunla səmanın buxar və ümidsizliklə dolu olduğu iyul gecəsində tanış olmuşdum. Elə meydandakı skamyada yuxuya getmişdim ki, pıçıltıya oyandım: “Qalmağa yerin yoxdur?” Laura məni bir binanın girişinə tərəf apardı. Şəhərin qədim hissəsi belə dəbdəbəli binalarla dolu idi. Qarqoyl və vampirlərdən ibarət bəzəkli labirintin arasından “1866” yazısı oxunurdu. Mən onu izləyərək əl havasına pillələri qalxdım. Biz irəlilədikcə bina köhnə gəmilər kimi cırıldayırdı. Laura məndən nə gəlirimlə bağlı məlumat, nə də arayış istədi. Lap yerinə düşmüşdü, çünki həbsxanada adama bunların heç birini vermirdilər. Damdakı kiçik otaq elə qaldığım hücrə boydaydı. “Bura mənlikdir” – dedim. Düzü, həbsdə keçən üç ildən sonra iybilmə hissimi itirmişdim, divarların o tayından gələn səslər isə mənim üçün təzə məsələ deyildi.

Çil-çil beçə

Biri var idi, biri yox idi, ucsuz-bucaqsız düzənlikdə bir Çöltoyuğu var idi. Bu Çöltoyuğunun özü kimi çil-çil üç balası var idi. Ana toyuq һər gün səһər tezdən yuvasından çıxıb balaları üçün yem dalınca gedərdi. Dəndən, otdan, güləşdən tapıb yorğun-arğın yuvasına dönərdi. Gətirdiyini bişirib-düşürüb deyə-gülə balaları ilə birlikdə yeyərdi. Payız günlərinin birində Çöltoyuğu adi qayda üzrə səһər tezdən durur, yuvasından çıxıb yem dalınca gedəndo qonşusu Kirpi ilə rastlaşır. Kirpi Çöltoyuğundan xəbər alır: — Bu soyuq, küləkli, yağışlı һavada һara belə gedirsən, toyuq bacı? Çöltoyuğu cavab verir: — Evdə yeməyə bir şeyimiz yoxdur, Kirpi qardaş. Uşaqlar da acdır. Ağlayırlar. Məndən dən istəyirlər. Gedirəm görüm nə tapıram. Tapdığımı gətirib bişirim verim o dəcəllərə, bəlkə səslərini kəssinlər.