Müəllimin əri vəzifəli bir adamdır, ancaq qadınına baxmır, sevmir. Onları sadəcə eyni soyad birləşdirir... Bir gün qəhrəman müəlliməsinə eşqini izhar edir, ərli qadınsa birmənalı şəkildə rədd edir onu. Oğlan çölə çıxır və bir azdan yadına düşür ki, Balzakın “Atılmış qadın” hekayəsinin qəhrəmanı rədd ediləndən sonra – eyni situasiyada geri qayıdıb sevdiyinə yenidən eşqini izhar edəndə, alınır. O da qayıdır və müəlliməsinə onsuz yaşaya bilməyəcəyini deyir. Müəllimə bu dəfə müsbət cavab verir....
Bal arısı və milçəklər
İki milçək yad ölkəyə uçmaq məqsədi ilə, özləri ilə aparmaq üçün arını tutdu dilə. Çünki tutuquşuları xeyli tərfləmişdi onlara yad diyarı. Birdə ki, milçəklərə toxunurdu bu yaman ki,öz olkələrində, buranın hər yerində onlar qovulurdular həmişə qonaqlıqan.
Azərbaycan - Dünyam mənim
Azərbaycan – qayalarda bitən bir çiçək, Azərbaycan – çiçəklərin içində qaya. Mənim könlüm bu torpağı vəsf eləyərək, Azərbaycan dünyasından baxar dünyaya.
Armud bəy
Biri vardı, biri yoxdu, bir tülkü vardı. Bu tülkü bir gün girrənə-girrənə gedirdikdə görür ki, bir armud ağacı var. Ağacın altı doludur armudlarla: yetişmiş saralmış armudlar bu ağacın dibinə tökülüb. Tülkü irəli gəlib, görür ki, armud ağacının dibində bir adam oturub, elə yanına düşəni yeyir, onda aralı düşən armudları isə götürmür. Tülkü yaxınlaşıb bununla söhbət etmək qərarına qəlir:
Xatiratım
“Xatiratım” memuarının dili və üslubu da “Danabaş kəndinin əhvalatları”nın təhkiyəsi ilə eynidir. Bu əsər qiymətli memuar ədəbiyyat nümunəsi olmaqdan başqa, həm də cəlbedici, düşündürücü, ibrətamiz, oxunaqlı orijinal bir nəsr əsəri təəssüratı yaradır. Heç tərəddüd etmədən “Xatiratım” memuarını Azərbaycan sənədli nəsrinin ən mükəmməl nümunələrindən biri kimi qəbul etmək olar.