Qurd it damında

Qurd gecə ağıla girmək istərkən, İtlərin damına atıldı birdən. Həyətin itləri ayağa durdu, Yaxında duyunca o, acgöz Qurdu.

Qazlar

Çubuğunu bir kəndli şappıldadıb qazlara, Vaxtında satmaq üçün aparırdı bazara. Qazanc üçün qazları salmış idi önünə, Tələsiyirdi çatsın böyük bazar gününə

Qartal və Hörümçək

Bir qartal uçaraq buluddan uca, Qafqaz dağlarına gərdi qol-qanad. Qondu birəsrlik yaşlı ağaca, Baxdıqca xoş gəldi yerdəki həyat.

Meymunlar

Hər bir işi əql ilə qəbul etdiyin zaman, Faydalıdır, şübhəsiz, xeyir görərsən ondan. Onu əqlə vurmadan qəbul etmək ziyandır, Allah özü saxlasın, böylə işlər yamandır.

Köpəyə ehsan

Var idi Şahsevəndə bir hacı, Şahsevənlər təmam möhtaci. Sahibi-dövlət idi çox ol kəs, Naqəvü kusfəndü çoxlu fərəs. Vardı Bozlar adında bir köpəyi, Qoyunun pasibanı, at köməyi.