Taxta qılınc

Biri var imiş, biri yox imiş, bir padşahın bir oğlu və bir arvadı var imiş. Bir gün bu padşah oğlunu, vəzirini, vəkilini götürüb qoşun ilə şikara çıxır, xeyli ov etdikdən sonra bir gözəl çəməndə çadır qurub, burada oturaq edirlər. Padşahın oğlu həya etdiyindən, öz çadırını bir kənarda qurur. Padşah oğlunu çox istədiyindən, tez-tez onu yoxlarmış. Yenə də qalxıb oğlunu yoxlamağa gedir və gəlib çadıra girdikdə, baxıb görür ki, çadırın dalından bir qızıl ilan daxil olub oğlunu çalmaq istəyir. Tez padşah başmağının bir tayını su ilə doldurub ilanın qabağına qoyur. İlan su içib qayıdır. Padşah isə oğlunu oyadıb: – İstəkli oğlum! Qalx, burada yatma. Məsləhət deyil, – deyib əhvalatı ona söylədi, oğlu ilə bərabər öz çadırına qayıtdı. Bir az qalıb, şəhərə getdilər. Bu əhvalatdan bir neçə gün sora, padşahın arvadı bərk naxoşlayır, oğlunu yanına çağırıb ona belə bir vəsiyyət edir: – İstəkli oğlum! Bu xəstəlikdən mən qalxmayacam, öləcəm.

Fərasətsiz oğul

Biri varımış, biri yox imiş. Bir tacir var imiş. Bunun gözünün ağıqarası bir oğlu var imiş. Bu oğlanı çox istərmiş. Bu tacirin dünya malı dövlətindən başqa üç qəribə şeyi də var imiş. Bunlardan biri papaqdan, biri zurnadan, o biri torbadan ibarət imiş. Hər kəs papağı başına qoysa idi, kimsə onu görəmməzdi. Hər kəs zurnanı çalsa idi, camahat hüzuruna cəm olub ona itaət edərdi, torbanı yerə qoysa idi, orası qızıl olardı. Bu tacir öləndə vəsiyyət edir ki, onın oğluna heç sənət öyrətməsinlər, çünki onsız da o qədər dövlət-mal qoymuş ki, oğlan ölənə kimi yesə təmam olmaz.

Armud bəy

Biri vardı, biri yoxdu, bir tülkü vardı. Bu tülkü bir gün girrənə-girrənə gedirdikdə görür ki, bir armud ağacı var. Ağacın altı doludur armudlarla: yetişmiş saralmış armudlar bu ağacın dibinə tökülüb. Tülkü irəli gəlib, görür ki, armud ağacının dibində bir adam oturub, elə yanına düşəni yeyir, onda aralı düşən armudları isə götürmür. Tülkü yaxınlaşıb bununla söhbət etmək qərarına qəlir:

Fil və siçan balası

Kənddə, tanışlarımdan birinin evində Mirzə Qulamla tanış oldum. O, şəhərdən gəlmişdi. Deməyinə görə, istəkli dostunun ailəsilə bir yaylaq yerinə getmək istəyirdi. Onu vəkil eləmişdi ki: "Get, yer seç, ev tut, mənə xəbər ver!" Nədənsə Mirzə Qulam mənə çox hörmət eləyirdi. İlk tanışlığımız olsa da, uzun illərin dostu, yaxın qohum kimi danışırdı. Mən onun hər sözünə "bəli" deyirdim, lakin söhbətimizi uzatmaq istəmirdim. O, yəqin bunu hiss etmişdi. Səsini dəyişdi, mənə yaxınlaşıb, yavaşcadan dedi:

At pələngə necə kələk gəldi

Meşə qırağındakı çəmənlikdə bir at otlayırdı, ondan azca aralı dayça özü üçün atılıb-düşürdü. At tez-tez balasını səsləyirdi; onu çox istəyirdi. Dayça isə meşə qırağında keyfi kök, atılıbdüşürdü: gah anasının yanına qaçır, gah da dördayaq o tərəfə götürülüb qaçırdı. – Oğlum, qulaq as, gör nə deyirəm, – deyə at oğluna nəsihət etdi. – Uzağa qaçma. Buralar qorxuludur. Sən həmişə mənim yanımda ol. Bir şey olanda da harayına tez çata bilim.