Biri var imiş, biri yox imiş, bir dərzi var imiş bunun da bir şagirdi varmış. Bu dərzi padşaha paltar tikirmiş ki, sabaha kimi hazır etsin. Odur ki, gecə şagirdi ilə işləməgə məşğul imiş. Dərzinin şagirdini gecənin bir vaxtı yuxu tutur; dərzi bunu gördükdə tez onu oyadır ki, qalx sabaha kimi paltar hazır olmasa padşah atamıza od vurar. Şagird uyqudan oyanıb ustadına deyir ki, qəribə yuxu görürdüm heyif oyatdın. Dərzi nə qədər bundan gördügü yuxunu söyləməyi xahiş edirsə oğlan cavab verir: – Yuxum zahir olmasa söyləmərəm.
Apardı sellər Saranı
XIX əsr. Çaya boylanıb yarı Xançobanı gözləyən Sara Arpaçayının qurbanı olur... Elə bununla da Xançobana deyilir: Gedin deyin xan çobana, Gəlməsin bu il Muğana, Gəlsə batar nahaq qana. Apardı sellər Saranı, Bir ala gözlü balanı...
Bir cüt ev ayaqqabısı
Biri var idi, biri yox idi, bir cüt geyilib köhnəlmiş ev ayaqqabısı var idi: kişi-ayaqqabı və arvad-ayaqqabı. Əgər bu ayaqqabılara diqqətlə baxsa idiniz o saat aralarında olan fərqi görərdiniz: sağ ayağın ayaqqabısı sol ayağın ayaqqabısına nisbətən enli və böyük idi. Bu da aydındır: axı ayaqqabının sol tayı arvad, sağ tayı kişi idi. Bu ayaqqabılar öküz dərisindən tikilmişdi, özü də Lombok adasında yerləşən Sasak məmləkətinin padşahı olan racənin idi. Racə bu ayaqqabıları çox istəyirdi, ona görə də bunları hər gün – səhərdən axşamacan ayağından çıxarmazdı. Yatanda isə ayaqqabıları həmişə götürüb rəfin üstünə qoyurdu. Racə təmizliyi və səliqəli olmağı çox sevirdi.
Balaca noxudun başına gələnlər
Biri var idi, biri yox idi. Bu əhvalat bəlkə də doğrudan olub, bəlkə də heç olmayıb. Bir kişi ilə bir arvad var idi. Bunların uşaqları yox idi. Bunlar isə çox istəyirdilər ki, bir övladları olsun. Günlərin bir günü onların evinə bir dərviş gəldi. Dərdlərindən xəbər tutub onlara belə məsləhət gördü: – Bir ovuc noxud götürün; onu dibçəyə töküb təndirə qoyun. Üç gündən sonra hər noxuddan bir oğlan, ya da bir qız çıxacaq. Arvad belə də elədi. Üçüncü günü dibçəyi təndirdən çıxarıb otağın ortasına qoydu, dibçəyin içindəki noxudlar bir-bir yerə atıldılar. Arvad sevindi, əri isə qorxdu: – Yaxşı, bir de görək ki, biz bu cini-cəfər qoşunu ilə nə edəcəyik? Sabahdan biri papaq istəyəcək, biri başmaq istəyəcək, biri paltar istəyəcək. Biz bu qədər pulu hardan alaq?
Zəmanənin hökmü
Biri vardı, biri yoxdu. Allahın aciz bəndəsi çoxdu. Onların biri də bizim Kür qırağında yaşayan Əlmərdan kişiydi. Bu yazığın əli xamırlı, qarnı ac idi. Ha iştərdi, şumlardı, əkərdi, malalayardı, becərib məhsulu başa gələndə bəy bir yannan, koxa bir yannan, borclu bir yannan bunun məhsulunu xırmanda qurtarardılar. Payız gələndə, kişi təzədən düşərdi qapı-qapı borc dilənməyə. Tikan qırıb satardı, meşədən odun oğurlayıb satardı. Elə ac idi ki, ac.