Biri var idi, biri yox idi, bir qoca var idi. Bu qocanın adına Maһir Baba deyərdilər. Maһir baba Xalxal meşəsində gözətçilik edərdi. Maһir babanın Düyməgöz adlı oğlan nəvəsi var idi. Bu adı nəvəyə baba özü qoymuşdu. Düyməgözü Maһir baba çox istəyirdi. Odur ki, onu özü ilə tez-tez gözətçi olduğu meşəyə aparardı. Düyməgöz gündüzlər meşənin cır almasından, əzgilindən, yemişanından, göyəmindən yığıb yeyərdi. Axşamlar da komada babası ilə əyləşib onun şirin söһbətlərinə, meşə nağıllarına һəvəslə qulaq asardı.
Yanğında itirdiklərimiz
Mariana Enrikes argentinalı jurnalist və yazıçıdır. O, bir neçə roman və hekayə toplularının müəllifidir. Hekayələri bir çox ölkələrin antologiyalarında yer alıb. “Gecənin bizə aid hissəsi” romanına görə “Herralde de Novela” mükafatına layiq görülüb. “Yanğında itirdiklərimiz” hekayələr toplusu isə “Premio Ciudad de Barcelona” mükafatını qazanıb.
Xırdabuynuz və doğma evi
Kiçik bir evdə bir böcək yaşayırdı və adı Xırdabuynuz idi. Bu evi çox gözəl adlandırmaq olmazdı, çünki çatlamış köhnə kötük idi. Ancaq o qədər doğma, rahat, hər tərəfində yumşaq yosun vardı. Xırdabuynuz valideynlərinin xeyirxah və itaətkar bir oğlu idi və heç vaxt evdən uzaqa gedməmişdi. Amma o gün belə olmadı. Hər zamanki kimi səhər günəşli idi, quşlar mahnı oxuyurdu. Ancaq tezliklə güclü bir külək qalxdı. Həmən vaxtı kiçik bir budağla oynayan Xırdabuynuz, birdən onunla birlikdə qalxdı və fırlandı …
Xardal
Bir dәfә işdәn еvә qаyıdаndа qızımın һәyәtdә, bаlаcа kәtilin üstündә оturub gәlinciyini yırğаlаdığını gördüm. Kәmаlә һәmişәki tәk mәni görcәk quş kimi uçub qаbаğımа yüyürmәdi. Mәn оnа yахınlаşdıqdа yеrindәn qаlхmаdı, qаrşısındа çömәldim. Qızımın üzü çох qәmli idi, ürәyim әsdi.
Səkkiz dovşan
Bir zamanlar naməlum bir meşədə səkkiz sevimli dovşan qardaş yaşayırdı. Bütün dovşanlar bir-birlərinə çox bağlı idilər və birlikdə əylənməyi və oynamağı sevirdilər. Günlərini meşədə qaçaraq, tullanmaqla keçirirdilər. Amma bir gün Pamukadlı dovşanın ağlına bir fikir gəldi. Pamuk meşənin dərinliklərində sehrli meyvə ağacını görmüş və onun altında qızıl xəzinə olduğuna inanmışdı. O, digər qardaşlarını da bu xəzinəni axtarmağa razı salmağa çalışırdı.