– Mama, mama! Miri hanı? Anası quyudan su çəkirdi, ipi saxlayıb bağa göz gəzdirdi. Miri bağın bu tərəfində yox idi. Bağın ortasında bitmiş iri, amma qısır qaysı ağacı ilə yenə də iri amma bar verən ağ tut bağın o biri tərəfini gizlətmişdi. Anası yenə ipi çəkməyə başladı, dodaqucu dedi: – Bağın o biri tərəfinə bax, meynələrin arasına. Şəhər uşağıdı, birdən bilməz, qoraları yeyər, qoyma yesin, sonra qarnı ağrıyar. Bağın o tərəfinə baxmışdı. Miri meynələrin arasında yox idi. Tualetdə, evdə də yox idi. Miri bağda yox idi. Tələsik alaqapıya qaçdı, bayıra çıxıb balaca meydançanı keçdi. Əvvəlcə qonşuları Xeybərin hasarının dibi ilə Maştağaya gedən yola baxdı, axıracan bomboş idi. Sonra Zina xalanın çəpərinin yanı ilə stansiyaya gedən yola baxdı, ora da boş idi. Həyətə qayıtmalı oldu.
Qəribə bulaq
Biri var idi, biri yox idi, bir qoca ilə bir qarı var idi. Qocanın adı Şirin, qarının adı isə Pəri idi. Şirin һər gün meşəyə oduna gedərdi, Pəri qarı da evdə һəyət-bacaya baxardı. Günləri-güzəranları belə keçərdi. Yaman-yaxşı birtəһər dolanırdılar. Kimsədən minnət götürməzdilər. Ancaq bir şey onları kədərləndirirdi. Bu da övladlarının olmaması idi. Qoca Şirin adi qayda üzrə meşəyə oduna gedərkən qarısından xəbər aldı. — Nə olub, ay qarı, yenə niyə belə bikefsən?.
Qoca qurd
Qoca ac qurd bir gün yol ilə gedirdi və o, bir ulağa rast gəldi. Qurd dedi: – Ulaq, ay ulaq, mən səni yeyəcəyəm. Mən səni yeyəcəyəm. – Eybi yoxdur, ye, – deyə ulaq cavab verdi. – Amma yeməyi əvvəl başdan yox, arxadan başla. Arxadakı ət daha ləzzətli olur. Qurd ulağın arxasına keçdi. Ulaq ona elə şıllaq atdı ki, qurdun bütün dişləri töküldü. Qurd yoluna davam etdi və o, keçiyə rast gəldi. O dedi: – Keçi, ay keçi, mən səni yeyəcəyəm. Mən səni yeyəcəyəm.
Qızıl əsr
Peterburqa gəlişimdə köhnə dostum müxbir Stremqlavovun yanına gəlib ona belə dedim: - Stremqlavov! Mən məşhur olmaq istəyirəm. Razılıqla başını tərpədən Stremqlavov barmaqlarıyla masanı döyəcləyib papiros yandırandan sonra masanın üstündəki külqabını hərləyərək ayaqlarını yelləyib - o hər zaman bir neçə işi eyni anda görürdü cavab verdi. -Bu zamanda bir çoxları məşhur olmaq istəyir. -Mən "bir çoxları deyiləm" deyib təvazökarlıqla etiraz elədim.Vasilyev soyadını daşıyan birisinin Maksimıça çevrilib eyni zamanda Kandıbin kimi həyat sürməsinə, qardaş, hər gün rast gələ bilməzsən. Bu çox nadir gedişlərdəndi.
Oğlan və işarələr
Bir oğlan yol ilə gedirdi. Günəş şəfəq saçırdı. Birdən oğlanın ayağı dolaşdı və yıxıldı. Ayağı yaralandı və alnı əzildi. O zaman oğlan tanrıdan küsərək dedi: – Necə xilaskarsan ki, mənim belə möhkəm yıxılmağıma razı oldun. Və oğlan başqa yol ilə geyməyə davam etdi. Amma oğlan bilmədi ki, bayaqkı yıxıldığı yolun davamında zəhərli ilan varmış və onu ölüm gözləyirmiş. Oğlan başqa bir yolda getməyə davam edərkən qəfil ildırım çaxmağa başladı. O ağaca tərəf qaçdı ki, yağışdan gizlənsin. Bu zaman yenə yıxıldı və yaralandı.