Vətən müharibəsi şəhidi Cavid Həsənovun xatirəsinə Yadınızdadır, ilk dəfə hərbi hissədə görüşəndə məndən soruşmuşdunuz ki, niyə hər zaman gülürsən? Cavab vermişdim ki, biz bu dünyaya gələndə nə ailəmizi, nə vətənimizi, nə milliyyətimizi özümüz seçməmişik. Bu, bizə həm gendən gələn kodla ötürülüb, həm də anamızın südü ilə aşılanıb... Və... Bir də demişdim ki, biz bu dünyada müvəqqətiyik. Çiçək kimi, böcək kimi. Onlardan fərqimiz odur ki, biz daha çox yaşayırıq, 70, 80, hətta 90, 100 il də. Onlarsa bəzən bir saat, bəzən bir gün, lap uzağı iki-üç gün... Amma bizim 100 illə onların bir saatı arasındakı fərqi kim ölçüb axı? Kim deyə bilər ki, onların zaman ölçüsü bizimkindən kiçikdir? Axı nisbilik deyilən bir şey var... Bax, əgər biz bu savaşdan sağ çıxmasaq, şəhid olsaq, bizə ölü deməyəcəklər... Şəhid ölmür axı, sadəcə yerini dəyişir..
Yuxu
Sizə bir yuxu danışmaq istəyirəm. Şirin yuxu. Həm də zəhər kimi acı…şirin yuxu. Arif qapının astaca örtülməsi səsindən göz qapaqlarını araladı, yavaş-yavaş yerindən qalxıb qapıya yaxınlaşdı. Bir əli ilə qapını açdı. Oğlu Orxan qapıdan 4-5 metr aralıda əyilərək telefon işığında yerdə otların arasında nəsə axtarırdı. Arif bir anlıq duruxduqdan sonar anladı ki, oğlu cibindən götürdüyü qəpik-quruşu əlindən salıb itirib, indi onu axtarır…
Kaş ki yuxum çin olaydı
Komandanımızın tapşırığı əsasında ordumuzun hərbi hücum təyyarəsi ilə düşmənin hərbi bazalarını, hücum mövqeyində olan çoxsaylı top, qrad və tanklarını məhv etməli idik. Mən sükan arxasında idim.
Ay işığında tabut
Axşam saat doqquzda evdə oturub xəbərlərə baxdığım vaxt hərbi komissarlıqdan zəng elədilər ki, Qarabağdan şəhid gətiriblər, təcili Aytəpə kəndinə aparmaq lazımdı.
Torpağı öpən ata, savaş marşı oxuyan əsgər ruhu
Qarşıdakı düşmən mövqeyində yerləşən snayperi zərərsizləşdirmək üçün əməliyyat qurmuşdum. Gecə saat 3-də üç əsgərlə neytral ərazidə mövqe tutmuşduq.