Taleyin qisməti rast saldı bizi. Yolumuz haradasa qırılacaqsa, İtirəcəyiksə, bir-birimizi, Xatirəm yadında qalmayacaqsa, Bu əllər mənimki olmayacaqsa, Bu tellər mənimki olmayacaqsa, Gəl məni, özünə öyrətmə məni, Hicran qorxusuyla göynətmə məni.
Ayrılıq
Yenə bu şəhərdə üz-üzə gəldik, Neyləyək, ayrıca şəhərimiz yox. Bəlkə də, biz xoşbəxt ola bilərdik, Bəlkə də, xoşbəxtik, xəbərimiz yox. Aradan nə qədər il keçib görən, - Tanıya bilmədim, məni bağışla.
Qayıt
Həsrətin araya atdı dağ, dərə, Sönən işıq oldun, batan səs oldun. Qayıt, mənim gülüm, qayıt bu yerə, Ey mənim istəyim, nə gəlməz oldun?!
Qaranquş və bayquş
Yetişdi baһar çağı, Bәzәdi güllәr bağı Qaranquş bir budaqda Oxuyan zaman bağda, Bayquş dedi: — Qaranquş! Bu gün qurtarıbdır qış.
Pişik və siçan
Biri var idi, biri yox idi, yer üzündə bir siçan var idi, bir pişik. Günlərin bir günü həmin bu siçan yuvasından boylanıb pişiyə dedi: - Gəlsənə qardaş olaq? Pişik etiraz elədi: - Yox, səndən mənə qardaş olmaz. Siçan soruşdu: - Niyə? Pişik cavab verdi ki, sən qorxaq, oğru, ziyankarsan.