Güman keçməz dağları, Aşa-aşa qayıtdıq, Yumruq kimi birləşib Coşa-coşa qayıtdıq, Biz Kəlbəcər-Kəlbəcər Şuşa-Şuşa qayıtdıq, Başın uca,üzün ağ, Gözün aydın,Qarabağ!
Xoş gördük, Şuşam
Xoş gördük, əyil qulağına söz deyim, Şuşam: nə vaxtdı, yad səslərdən yağır qulağına... mən pambıq götürüm, sənsə çöp götür, enək İsa bulağına – təmizləyək nisgilin, 28 bəlaya gəlmiş ilin! ...Bir də xoş gördük, əyil qulağına söz deyim, Şuşam: da-rıx-mı-şam!..
Qoşma
Qapında əyilib suala döndüm, Səndən alacağım cavaba görə. Allahım heç sənə əzab verməsin, Sən mənə verdiyin əzaba görə.
Bu dünyanın qara daşı göyərməz
Leyləklərin çöp yuvası boş qalıb, Bahar gedib, payız gəlib, qış qalıb. Göy çəməndə ocaq yanıb, daş qalıb, Bu dünyanın qara daşı göyərməz.
Bir günah sənindir, bir günah mənim
Bir gözünü mən əydim, bir gözünü sən, Niyə narazıyıq bu tərəzidən? Sən çeşmə qurudan, mən ağac kəsən, Bir günah sənindir, bir günah mənim.