- Bismillah! Bismillah! Bismillah!.. Dəhşətli silah səsləri eşidirəm. Gurultulu bir partlayış səsi ilə tozanaq qalxır, göz-gözü görmür. Bədənim titrəməyə başlayır. Öz mövcudluğumu, varlığımı hiss etmirəm. Təngnəfəsəm. Həyəcan. Boğuluram... Çaşqın halda, atəş səslərinin hardan gəldiyinə qulaq kəsilirəm. Heç nə anlaya bilmirəm. Dikəlib ətrafa baxıram. Bu, indi çox təhlükəlidir. Hər an düşmən gülləsinə tuş gələ bilərəm.
Coşqun dəniz
Dünən Coşqun əsgər getdi. İnşAllah sağ-salamat qayıdar. Elə hey gözlərimə baxırdı. Görürdüm ki, bizə görə narahatdır. Amma bu onu yolundan döndərə bilməzdi. Baxdı, baxdı... Dedi, Dəniz, oğlumuzdan muğayat ol. Bu bir cümləni elə dedi ki, göz yaşlarımı güclə saxladım. Sonra da getdi... Yaxşı, bəsdir! Bəd fikirlərə dalma. Xoş şeylər haqqında fikirləşmək lazımdır, yalnız xoş şeylər! O, vətənə borcunu qaytarmağa gedib, vəssalam. Niyə narahat olmalıyam ki? Həm də mən işə gecikirəm. Əlbəttə. Çox fikir eləməmək üçün işləmək lazımdır. İşləmək üçün isə oturduğum yerdən qalxıb, gödəkcəmi geyinib, avtobusa minməliyəm. Eh... Əvvəllər buna tənbəllik edirdim, amma bu gündən sonra etməyəcəm. Coşqun soyuqda vuruşmağa getdisə, işə getmək üçün tənbəllik etməyim, ayıb olar.
Yuvam dimdiyimdə...
Yuvam dimdiyimdə gəzirəm hələ… Sənsiz yer də yoxdu, dərbədər mənə Gəl e, gəl qırılıb qırağa düşmüş o qol budağımdan meyvə dər mənə.
Qocalar üçün tarix dərsi
Vaxt var idi, göz yaşı azadlıq simvoluydu: vaxt var idi, yox idi qulun ağlamağ haqqı. Nəysə…ruhu şad olsun aldığımız canların. Heç çoxu içilmədi axıdılan qanların… Ey bizim əsrimizin gözəllik salonları, savaşda Janna Darkın saç düzümü necəydi?
Azadlıq dedim
Meydan - şərəf, ləyaqət, yüz illərin həsrəti, Qaranlıq zindanlardan baş qaldırmaq cürəti, Əzilmiş bir millətin dirilən cəsarəti, Yüzillərlə boğulan sözə azadlıq dedim, Bu dağa, bu dənizə, düzə azadlıq dedim...