Çalağan gәlib dilә, Bir gün dedi bülbülә: — Öyrәt mәnә dә nәğmә, Şövq ilә gәlim dәmә, Oxuyum, vurum cәһ-cәһ, Dinlәyәn desin bәһ-bәһ…
BİR SALAMA DƏYMƏDİ
Bu gün mən səni gördüm, Salam vermək istədim, Üzünü yana tutdun. Söylə, illərdən bəri Qəlbimizin bir duyub bir vurduğu illəri, Axı, nə tez unutdun? Beş ildə gözümüzdən axan o qanlı sellər, Bir salama dəymədi? Heç üzümə baxmadan yanımdan necə keçdin? Sən eşqin salamını qorxuyamı dəyişdin? Yoxsa sən öz əhdinə, ilqarına ağ oldun? O qədər yaxın ikən, bu qədər uzaq oldun. Şirin gülüşlərimiz, acı fəğanlarımız Bir salama dəymədi? Qayğılı anlarımız, qayğısız anlarımız Bir salama dəymədi?
Bobıl və Dostcan
Qoca Bobıl kəndin qırağında yaşayırdı. Bobılın koması və iti vardı. Düzü-dünyanı gəzib çörək qırıntılarını yığır, onları yeyib yaşayırdı. Bobıl heç vaxt itindən ayrılmırdı. İtinə məhəbbətlə Dostcan deyirdi. Bobıl kənddə gəzib pəncərələri döyür, it isə yanında dayanıb quyruğunu yellədirdi. Elə bil öz payını gözləyirdi. Adamlar Bobıla deyirdilər: "Bobıl, bəlkə iti azdırasan, özün yeməyi güclə tapırsan..." Bobılsa qəmli gözləriylə baxırdı, baxırdı, heç nə demirdi. Dostcanı çağırıb pəncərədən uzaqlaşır, çörək parçasını götürmürdü. Qəmgin adam idi Bobıl, az danışırdı.
Şəkil
Evdə təkəm, şəkilinə baxıram Zəng eləyir arvadımın xalası… Yağış yağır çəkdirdiyin şəkildə Bir it də var, arsız həyət tulası Yağış yağır çəkdirdiyin şəkildə Hətta bir az külək əsir, sazaqlı Sol yanında hüzünlü bir uzaq var Şəkillərdə yaxşı düşür uzaqlıq
Sarı çiçək
Zarafata oxşasa da, bu elə belədir ki var: biz ölümsüzük. Mən bunun əksini düşünüb deyirəm, dəqiq bilirəm, çünki yer üzündə bircə öləri insanla tanışam. Başına gələn hadisəni mənə Komvron küçəsindəki bistroda danışmışdı, həm o qədər sərxoş idi ki, dilinin altındakı sözləri tərəddüdsüz deyə bilərdi, bu yerin sahibi və daimi müştəriləri eşidəndə gülüb-gülüb göz yaşlarına boğulsalar da. Üzümdə maraq ifadəsini görəndə daha məndən əl çəkmədi və nəhayət, sakitcə içib söhbət edə biləcəyin bir küncdə stolun arxasına keçdik. Danışırdı ki, bələdiyyədə işləyib, indi isə pensiyadadır, arvadı bir müddətə valideynlərinin yanına gedib, onlarla qalır, - bu, görünür, qadının onu atmasına işarə edən mümkün şərh variantlarından ən münasibiydi. Sifətində qocalığa dair nəsə yox idi, vulqar, bayağı şeylər də hakaza, arıq, qurumuş üzü vardı, gözləri vərəmli birinin içindən xəbər verirdi. Əlbəttə, özünü unutmaq üçün içirdi, artıq qırmızı çaxırdan beşinci badəni boşaldırdı. Ancaq nə eləsə də üst-başından spesifik Paris qoxusu getmirdi, bunu da, şübhəsiz, ilk duya bilən yeganə insanlar biz gəlmələrik. Dırnaqları qaydasında kəsilmişdi, yan-yörəsində kəpək-filan yox idi.