Qorxma, burax əllərini...

Nemət bacı qəsəbəmizin universitetdə oxuyan qızlarındandır. Anası anama iməci gəlir, gecə-gündüz xalı toxuyurlar. Anam Nemət bacıya heyrandır. “Çox ağıllı qızdır” – deyir onu hər gördükdə. Deməli, keçən dəfə gələndə bir stəkan suyun yarısını qıza içirdib, qalan yarısını da mənə saxlayıb. Suyu içib yatdım. Sabah, atamla, Qülləli Hərbi Liseyindəki imtahanlara görə İstanbula gedəcəyik. İmtahandan qabaq anam hər cür “tədbir görüb”. Pencəyimin cibində bir büküm “güclü dua”, çantamın xəlvət gözündə “tilsimli” düyü dənələri… Bir də içdiyim o yarım stəkan su.

Qarı və buzov

Biri varmış, biri yoxmuş, bir qarı nənə varmış. Bu qarı nənənin ceyran gözlü, maral duruşlu, quyruğu saçaqlı, alnı qaşqa bir buzovu varmış. Günlərin bir günündə, şaxtalı bir qış günündə qarı nənə buzovunu suvarmağa apardı. Buzov buzun üstünə çıxan kimi ayağı sürüşdü, yerə yıxıldı. Qarı nənə ha çalışdı, ha əlləşdi axır ki, buzovu bir təhər yerdən qaldırdı.

Oyun

Patrisiya Esteban qısa hekayələr müəllifi kimi tanınır. İşləri Saraqosa Universitetinin “Qısa Hekayə Mükafatı”, “XXII Santa Izabel de Araqon Təhkiyə Mükafatı” və “Dos Passos Mükafatına” layiq görülməklə yanaşı, bir sıra antologiyalara da daxil edilib. “Qara analar” romanı və “Mavi rus pişiyi” hekayələr toplusu xüsusilə məşhurdur.

Məhəbbət adası

Deyirlər ki, halva-halva deməklə ağız şirin olmaz. Düz deyirlər. Bir dəfə desən, olmaz. İki dəfə desən, olmaz. Əlli dəfə desən də olmaz. Amma sən bunu sabah tezdən günəş çıxınca deməyə başlasan və axşam günəş batıncaya qədər aramsız desən, ölü-ölü keçən günlərin bir günü, əslində, günlərin yox, gecələrin bir gecəsi qəflətən yuxudan ayılıb ağzının dərin bir guşəsində, boğazına yaxın bir yerdə vaxtilə əziz bir adamının yas mərasimində udquna-udquna yediyin o şirindən şirin zəfəranlı halvanın unudulmuş dadını hiss etməyə başlayacaqsan. Sən əvvəl-əvvəl bu dadı tanımayacaqsan. Sən onu unutmusan. Amma yox, belə deyil. Bu unudulmuş dad sənin ağız boşluğunun dərinliyindən qarşısıalınmaz lava kimi baş qaldıracaq, dişlərinin ətinin dibinə çökəcək, oradan onu sovurduqca gəlib dilinə qədər çatacaq, dilinin üstünə, arxasına, yanlarına – hər tərəfinə yayılacaq, dilindəki bütün uyumuş dad sinirlərini məst edərək yavaş-yavaş, nəhayət ki, özünü sənin yadına salacaqdır. Bəli, bu odur. Unudulmuş, amma qayıtmış halva dadı.

Lobya falı

Olqa Navoya Tokarçuk 29.01.1962-ci ildə doğulan məşhur polyak nasiri, şairi, dramaturqu və esseçisidir. 2018-ci ildə nüfuzlu Buker və ədəbiyyat üzrə Nobel mükafatlarına layiq görülüb. Nənələrindən biri ukraynalı olan O.Tokarçuk Sulexuv şəhərində doğulub, Varşava Universitetindən psixoloq diplomu alandan sonra Valjbixdə bir müddət psixoterapevt kimi işləyib. Hazırda Vrotslav şəhərində yaşayır. Şeirlər kitabıyla ədəbiyyata gələn Olqa 1993-cü ildə “Kitab adamlarının yolu” adlı ilk romanını çap etdirib. 2008-ci ildə işıq üzü görən “Ora-bura qaçanlar” romanı ədəbi mühitdə böyük əks-səda doğurub və əsər Polşanın nüfuzlu ədəbi mükafatı “Nike”yə layiq görülüb. 10 illik aradan sonra həmin əsər ona Polşa yazarları arasında ilk dəfə Buker ödülünü də qazandırıb. 2013-cü ildə Tokarçuk “Vilenitsa” ədəbi ödülünü alıb. Ötən il isə “Ölülərin sümükləri üstdən keç kotanınla” romanı ilə onun adı Bukerin növbəti qısa siyahısına düşüb. Əsərləri dünyanın bir çox dillərinə çevrilən yazar Nobel alan sayca beşinci polyak yazar kimi adını artıq tarixin səhifələrinə yazıb.