Bayatı-Şiraz

Tavanı tələm-tələsik krantda yuyub Səbzəli dayı bir yumurta sındırdı. (Bir yumurtadan artıq yeyə bilməzdi, həkim qadağan eləmişdi.) Dibi qapqara qaralıb ortadan çatlamış tavanın içindəki yumurta sarısı Səbzəli dayının bir dəqiqə bundan qabaq pəncərədən gördüyü aya oxşadı.Yumurta sarısı da üfüq xəttinin üzərində sallanıb durmuş taqətsiz ay kimi adamın ürəyini sıxırdı… Səbzəli dayının yadına düşdü ki, gərək əvvəlcə tavaya yağ salaydı, sonra yumurta. Yağ tamam yadından çıxmışdı.

Mirzə Səfər

Ağ çuxalı, ağ arxalıqlı, ikiüzlü buxara dərisindən papaqlı, şişman göbəyi üzərində gümüş kəmərli Mirzə Səfəri hamı tanıyırdı. hər görən ona salam verirdi. Hər bir ziyafətdə Mirzə Səfər isbati-vücud edərdi. Mirzə Səfərin söhbətlərinə hamı aşıqdı. Gözəl danışardı. Çox şairlərin əşarı onun sinə dəftərində səbt olunmuşdu. Şeirlər oxuyardı və oxuyandan sonra da onları əyrü-üyrü rus dilinə tərcümə edərdi. Deyərdilər ki, cavanlıqda Mirzə Səfər özü şairlik fikrinə düşüb, Şeir demək üçün çox çalışmışdı, fəqət bir nəticə hasil olmamışdı.

Bir qaçqının dəftərindən

Yusif Vəzir Çəmənzəminli 1887-ci il sentyabrın 12-də Şuşa şəhərində dünyaya gəlib. İlk təhsilini Şuşada "Kar Xəlifə" ləqəbi ilə tanınan Molla Mehdinin məktəbində alıb. 1896-ci ildə Şuşa realnı məktəbinə daxil olub. Bu məktəbdə təhsilini rus dilində aldığı üçün 1904-cü ildə həyatından şikayət tərzində yazılmış "Jaloba" adlı ilk şeirini yazıb. Həmin illərdə əmisi oğlu və dostu Mirhəsən Vəzirovla birlikdə rus dilində "Fokusnik" adlı aylıq yumoristik jurnal çıxarıb.

Heklberri Finnin Macəraları

Amerika yazıçısı Mark Tvenin əsl adı Səmyuel Klemensdir. Hüquqşünas ailəsində doğulmuş Səmyuel atasını tez itirdiyindən 12 yaşından işləməyə başlamışdır. Mətbəədə usta şagirdi, reportyor, qızılaxtaran olmuşdur. Mark Tven ədəbi yaradıcılığa felyeton və yumoristik hekayələrlə başlamışdır. Bir çox məqalə, povest və romanlar yazsa da, uşaqlar üçün yazdığı əsərlərlə daha çox məşhurlaşmışdır. Onun qələminə məxsus olan “Tom Soyerin macəraları” və “Heklberri Finnin macəraları” dünya uşaq ədəbiyyatının ən gözəl nümunələridir.

Ölərəm dərdindən, onu bil

Dan yeri sökülürdü… Mavi səmanın qoynuna sanki qan çilənmişdi… Günəş çıxmağa hazırlaşdığı yeri köz kimi yandırırdı. Buludlar alovla qarsılmış kimi təlaşla aralanır, səma günəşi dünyaya gətirmək üçün son gücünü verirdi… Qadın göyüzünə sancılmağa hazır kimi görünən şişuclu qayanın zirvəsində idi… Kənardan baxana qaya o qədər sərt və hündür görünürdü ki, qadının onun sıldırımını necə qalxdığı sual doğururdu.