"Bu kitab mənim bir baba kimi həm öz nəvələrimə, həm də bütün balalarımıza hədiyyəmdir." - Ramiz Rövşən
Çipollinonun Macəraları
Adı və əsərləri qısa müddətdə dünya ədəbiyatı xəzinəsinə daxil olan italyan kommunist yazıçısı Canni Rodari (1919) xüsusilə uşaq və gənclərin sevə-sevə oxuduqları bir çox şeir və nağılvarı əsərlərin müəllifidir. Bu baxımdan, onun dünya ədəbiyatında ən çox tanınmış və geniş yayılmış əsəri – “Çipollino” nağıl-povesti səciyyəvidir. Bu kitabda oxuyacağınız həmin əsərin qəhrəmanları: Soğan, Qabaq, Turp, Kəvər, Pomidor, Portağal, Limon, Noxud, Albalı və sair meyvələrdir. Əslində isə, bütün bunlar əsər boyunca öz hərəkət və rəftarları ilə insan cəmiyətini, daha dəqiq desək, Rodarinin yaşadığı zaman və məkanın ayrı-ayrı sinif və təbəqələrini təmsil edən nümayəndələrdir. Əsərin baş qəhrəmanı – Çipollino (bala soğan) nağılvarı bir ölkəyə səyahət edərək yoxsulları müdafiə edir və zalımlara qarşı mübarizə aparır. Burada yazıçı xəyalı ilə həyat həqiqəti bir-birilə qaynayıb-qarışır, müəllif çağdaş İtaliyanın ictimai həyatının bütün ziddiyətlərini nağılda olduğu kimi aydın, canlı, gülünc şəkildə əks etdirir.
Filosof uşaq
Müasir dövrdə texnologiyanın sürəti hər növ informasiyanı uşaqlara bir düyməni basmaqla təqdim edir. Məktəbin əsas öhdəliyi isə bu informasiyadan necə bilik əldə etməyi öyrətməkdir. Əlinizdəki kitabın yazılmasında məqsəd odur ki, uşaqlarımız gözləri önündə olanların görünməyən tərəflərini görə bilsin, baş verən hadisələri düşünüb onların haqqında şərh verə bilsin, olanlardan nəticə çıxara bilən şəxsiyyətlər kimi yetişsinlər. Nuran Direk 8 yaşlı bir uşağın gündəlik həyat təcrübələrinə əsaslanaraq insan haqları, ədalət, azadlıq, xoşbəxtlik, yaxşılıq, pislik, həqiqət, doğru, səhv kimi məfhumlarla bağlı suallar verir və bu yolla uşaqların hökm çıxarmaq bacarığını inkişaf etdirməyə çalışır.
Yetim İbrahim və sövdəgər
Biri vardı, biri yoxdu, bir padşahın ölkəsində bir ovçu, onun da bir arvadı vardı. Ovçu çox kasıb güzəran keçirirdi. Bütün dağları, meşələri, çölləri gəzirdi, dolanırdı, ancaq ki, gündə bir quş vururdu. Bu quşu bazarda qəpik-quruşa verirdi, çörək alırdı, arvadıynan yarı qarını ac, yarı qarını tox dolanırdılar. Ovçunun arvadı bir qarın fətirə varlıların qapısını süpürərdi, zibilini atardı. Bəli, bir gün ovçu çox gəzdi, dolandı, ov tapmadı, axırda bir böyük dağın başına çıxdı. Ov axtarırdı ki, birdən böyürdən bir pələng çıxdı.
Su pərisi əfsanəsi
Uca Tanrı yeri, göyü, dənizləri, çayları, okeanları, dağları, bir sözlə hər şeyi yaratdı. Otlaqları, münbit torpaqları, zümrüd meşələri də o yaratdı... Bu meşələrə gözəllik gətirən quşları, heyvanları da Tanrı yaratdı. Çayları da balıqsız etmədi.