Vətən mənim bu günüm, Sabahkı toy-düyünüm. Haqqım var ki, öyünüm Azərbaycan deyəndə. Ürəklərdə döyünüm, Azərbaycan deyəndə.
Susuzluq
Payız yeni girmişdi. Ancaq yayın yandırıcı istisi, boğucu bürküsü davam edirdi. Biz şəhərdən çıxmış, yaxın kəndlərin birinə doğru yol almışdıq. Yolun hər iki tərəfi də quraqlıq və bomboş idi. Uzaq dağların döşündə saralan küləşli zəmilərdən, boz və sıldırım yarğanlardan başqa heç nə görünmürdü.
Zeynal bəy
Pristavın müavini Zеynal bəy sabah еrtə dəftərхanaya gələndə оrada ayrı halət gördü; qоrоdоvоylar süpürhasüpür salmışlar, pristav da dəli kimi оtaqda о yan-bu yana qaçır, qоrо- dоvоyların üstünə çığırırdı: – Müftəcə məvacib alıb il uzunu bircə qəpikliksə də iş görmək istəmirsiniz. Elə оnu bilirsiniz ki, dəftərхanaya girəndən rüşvət alırsınız. Budur, qubеrnatоr üç günə kimi gəlir, hamınızı it kimi qulluqdan qоvacaq.
Varlı və yoxsul
Çox-çox qədimlərdə, hələ Allah yer üzündə gəzib-dolaşdığı zamanlarda elə oldu ki, günlərin birində, axşamüstü, qaş qaralanda Allah yoruldu, gecələməyə də yer tapmadı. Yol üstündə üzbəüz iki ev gördü; biri böyük, qəşəngdi, о biri də kiçik, yöndəmsiz. Böyük ev varlının, kiçik ev də yoxsulun idi. Allah fikirləşdi ki, varlınım evində yataram, ona əziyyətim dəyməz.