Çox-çox qədimlərdə, hələ Allah yer üzündə gəzib-dolaşdığı zamanlarda elə oldu ki, günlərin birində, axşamüstü, qaş qaralanda Allah yoruldu, gecələməyə də yer tapmadı. Yol üstündə üzbəüz iki ev gördü; biri böyük, qəşəngdi, о biri də kiçik, yöndəmsiz. Böyük ev varlının, kiçik ev də yoxsulun idi. Allah fikirləşdi ki, varlınım evində yataram, ona əziyyətim dəyməz.
Üç qızıl teli olan şeytan
Günlərin birində yoxsul bir arvadın oğlu oldu. Uşaq köynəkdə doğulmuşdu. Falçılar dedilər ki, oğlan on dörd yaşına çatanda kralın qızını alacaq. İş elə düşdü ki, uşaq doğulandan bir müddət sonra kral həmin kəndə gəldi, amma heç kim bilmədi ki, bu, kraldır. O, kənddə təzə xəbər olub-olmadığını soruşanda dedilər: - Bu günlərdə kəndimizdə bir uşaq köynəkdə doğulub, falçılar da deyiblər ki, onun ürəyindən nə keçsə, yerinə yetəcək. On dörd yaşına çatanda da kral qızını alacaq.
Məni itirməyin
Dağların zirvəsində dolaşan qara buludlar qəfildən sıxlaşdı, dərələrin, meşələrin üstü ilə üzüaşağı səhralara doğru yeridi. Şiddətli külək xəzəli, toz-torpağı göyə sovurub uğultu ilə çöllərə yaydı. Göy şaqqıldadı, şimşək çaxdı. Dəliqanlı dağ çayları köpüklənib yatağından çıxdı. İnsan məskənlərində haray qopdu.
Üç buludun nağılı
Bir gün üç bulud mavi səmada seyrə çıxmışdı. Onlar bütün dünyanı gəzib dolandılar, hər şeyi, hər yeri gördülər. Sonra darıxmağa başladılar. Fikirləşdilər ki, nə işlə məşğul olsunlar. Nəhayət, mərc gəldilər: görək onların hansı biri insanların tərifini qazanacaq.