Qəndəhar taxtında oturan qəddar padşah xalqın qanını sorur. Onun yeganə zəif nöqtəsi – ağlı və gözəlliyi ilə dillər əzbəri olan qızı Nuşapəridir. Atasının zülmünü dayandıra bilməyən Nuşapəri, çarəni böyük bir hiylədə görür. O, yatağa düşərək ölümcül xəstə olduğunu elan edir. Padşah çarəsiz qalıb dünyanın dörd bir yanına car çəkir. Nuşapəri şərtini qoyur: "Məni yalnız ağlı ilə məni mat qoyan və suallarıma cavab tapan şəxs sağalda bilər". Nuşapərinin məqsədi həm atasını zülmdən yayındırmaq, həm də taxta layiq müdrik bir rəhbər tapmaqdır.
İki ovçu
Hadisələr dövlət tərəfindən qorunan, ov edilməsi qəti qadağan olan meşə qoruğunda cərəyan edir. Qoruğun keşikçisi, işinə və təbiətə son dərəcə sadiq olan qoca Balacanoğludur. O, meşədəki hər bir ağacı, hər bir canlını öz doğması kimi qoruyur.Bir gün qoruğa vəzifəli şəxs olan Həşim gəlir. O, qanunları və qadağaları heç nəyə saymayaraq, sırf öz əyləncəsi və nəfsi üçün buradakı nadir heyvanları ovlamaq istəyir. Balacanoğlu onu dayandırmağa, qoruq qanunlarını xatırlatmağa çalışsa da, Həşim öz statusundan istifadə edərək qocaya təzyiq edir və meşədə vəhşicəsinə ov etməyə başlayır.
Gizli Laboratoriya
Kventin əmi Kirrin adasında elmi araşdırmaları ilə məşğuldur. Günlərin bir günü adaya naməlum şəxslər gəlir və alimi izləməyə başlayırlar. Kventin əminin həyatına təhlükə yaranır. Lakin dörd uşaq və onların sevimli köpəyi naməlum şəxslərin bütün planlarını pozur...
Cığırlar
Hekayədə hadisələr müəllifin yaxından bələd olduğu Azərbaycan kəndlərinin birində cərəyan edir. Süjet xəttinin mərkəzində Sevər adlı gənc, saf qız və onun ilk nakam məhəbbəti, daxili sarsıntıları dayanır. Kənd mühitində böyüyən gənclər bir-birinə qarşı təmiz duyğular bəsləsələr də, dövrün əxlaqi normaları, mühitin basqısı və tale bəzən onları fərqli yollara yönəldir.
Buldoq
Hekayə 1940-cı illərin Bruklinində cərəyan edir. Ev-bağ rəngsazlığından öz zəhməti ilə 10 dollar qazanmış 13 yaşlı yəhudi əsilli oğlan uşağı qəzetdə maraqlı bir elan görür: "Qara brindl (pələng rəngli) Buldoq balaları, hər biri 3 dollar". Ailəsində heç vaxt it saxlanılmadığı və atası müflisləşmə kənarında olub depressiv bir dövr keçirdiyi üçün o, bu qərarı təkbaşına verməli olur. Anasından qəti bir cavab ala bilməyən yeniyetmə, özünə güvənərək şəhərin tamamilə yad və uzaq bir hissəsinə, iti almağa yollanır