Danabaş kəndinin məktəbi

Bu əhvalat ki, indi istəyirəm nağıl eləyim, çoxdanın sözüdü. Vallah, yəqin deyə bilmərəm neçə il ola, amma orasını yaxşı bilirəm ki, bu əhvalat rus Karsı alandan yeddi il sonra vaqe olubdu. İndi bax gör neçə il eləyir. Eh, gündür gəlir keçir! Hanı o günlər, hanı rus Karsı alan il? Amma deyəsən ki, dünən idi. Hərçənd o vədə mən uşaq idim, amma təfsilat lap yaxşı yadımdadı. Hətta burası da yadımdadı ki, xərmənlər təzə döyülürdü; yəni işin lap qızğın vaxtı idi. Özgə kəndləri bilmirəm, ilin bu fəsli bizim Danabaş kəndində bir adam tapılmaz; cəmisi çöldə, bayırda olar. Kənddə qalar məhz övrətlər və itlər; çünki bunlar çöl işində əsla lazım deyillər. Haman günü ki, bu qəziyyə başlanır, mən özüm də xərməndə idim. Xəbər gəldi ki, nəçərnik, qazı, silistçi, hakim, miravoy sud və uşkol gəliblər kəndə.

Bülbül

Bilirsən ki, Çində İmperator da, onun rəiyyəti də çinlilərdir. Çoxdanın əhvalatıdır, amma nə qədər ki, tamam yaddan çıxmayıb, gərək onu eşidəsən! Bütün dünyada İmperatorım sarayından yaxşı saray tapılmazdı; o, büllurdan tikilmişdi, elə də kövrəkdi ki, ona əl vurmağa qorxurdun. Bağında gözəl güllər, çiçəklər əkilmişdi; ən yaxşılarının saplağından gümüş zınqırovlar asılmışdı; onların cingiltisi yoldan ötənlərin diqqətini çiçəklərə yönəltməli idi. Bax, bağ belə ustalıqla qurulmuşdu! Bağın ucu-bucağı görünmürdü, elə uzaqlara gedib çıxırdı ki, heç bağban da onun harda qurtardığını bilmirdi.

Aşçı və pişik

Dünya görmüş aşçı çıxdı mitbaxdan: Bir məzar üstündə verməyə ehsan. Siçandan qorusun deyə ərzağı, Pişiyə tapşırdı yağlı mitbağı. Dönərkən gördü ki, bulaşıb hər yan, Fəsəli yeyilmiş, bucaqda Məstan Bir masa altında çox qımıldanır, Ötürür toyuğu, hey mırıldanır. Elə ki, mətləbi aşçı anladı, Xeyirsiz Məstanı belə danladı:

Robinzon Kruzo

İngilis yazıçısı Daniel Defo öz dövründə daha çox ictimai, siyasi, iqtisadi problemlərdən yazan publisist kimi tanınmışdı. Hətta bəzi pamfletlərinə və satirik şeirlərinə görə o, rüsvayçılıq sütununa və həbsə məhkum olunmuşdu. D.Defonun bir sıra romanlarında ictimai mühitin insanları əxlaqsızlığa və cinayətə vadar etdiyi göstərilir. 1719-cu ildə yazılmış “Robinzon Kruzo” romanı D.Defonun ən məşhur əsəridir.