Qoşma

Qapında əyilib suala döndüm, Səndən alacağım cavaba görə. Allahım heç sənə əzab verməsin, Sən mənə verdiyin əzaba görə.

Bu dünyanın qara daşı göyərməz

Leyləklərin çöp yuvası boş qalıb, Bahar gedib, payız gəlib, qış qalıb. Göy çəməndə ocaq yanıb, daş qalıb, Bu dünyanın qara daşı göyərməz.

Bir günah sənindir, bir günah mənim

Bir gözünü mən əydim, bir gözünü sən, Niyə narazıyıq bu tərəzidən? Sən çeşmə qurudan, mən ağac kəsən, Bir günah sənindir, bir günah mənim.

Qarışqa qadın

bütün qışı mətbəxdəki şkafın alt gözündə gözlədi evin xanımının baharda öz əlləriylə yığıb duza qoyduğu tənək yarpaqları

Söykənmişəm səsinə

Gözlərin azanımdır - Gündə min yol məni sevgiyə çağıran... Könlüm sənə səcdədə, Qəlbim qəlbinə sonsuz bir rüku... Bu sevda nə sevdadır belə? - Sultanlığı olmayan bir quyu...