"Şir və Canavar" təmsili
Qız məktəbində
— Quzum, yavrum! Adın nədir? — Gülbahar. — Pəki, sənin anan, baban varmı? — Var. — Nasıl, zənginmidir baban? — Əvət, zəngin, bəyzadə... — Öylə isə, geydiyin geyim neçin böylə sadə? Yoxmu sənin incilərin, altun bilərziklərin? Söylə, yavrum! Heç sıxılma... — Var əfəndim, var... lakin Müəlliməm hər gün söylər, onların yox qiyməti, Bir qızın ancaq bilgidir, təmizlikdir ziynəti.
Oxutmuram əl çəkin!
Oğul mənimdir əgər, oxutmuram, əl çəkin! Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin! Gərçi bu bədbəxt özü elmə həvəskardır, Kəsbi-kamal etməyə səyi dəxi vardır, Məncə bu işlər bütün şiveyi-küffardır, Dinə zərərdir, zərər, oxutmuram, əl çəkin! Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!
Kim nə deyər bizdə olan qeyrətə
Kim nə deyər bizdə olan qeyrətə?! Qeyrətimiz bəlli bütün millətə!… Biz qoca qafqazlı igid ərlərik, Cümlə hünərdmərdlərik, nərlərik, İş görəcək yerdə, söz əzbərlərik, Aşiqik ancaq quru, boş söhbətə, Kim nə deyər bizdə olan qeyrətə?! Çırmanarıq keçməyə çay gəlməmiş, Başlayırıq qızmağa yay gəlməmiş, Ac qalırıq ildə — üç ay gəlməmiş,
Göygol
Dumanlı dağların yaşıl qoynunda Bulmuş gözəllikdə kamalı Göygöl. Yaşıl gərdənbəndi gözəl boynunda: Əks etmiş dağların camalı Göygöl! Yayılmış şöhrəti Şərqə, Şimala, Şairlər heyrandır səndəki hala. Dumanlı dağlara gələn suala Bir cavab almamış soralı Göygöl!