Nerdə məni gül qoynunda doğuran, Xəmirimi göz yaşıyla yoğuran, Beşiyimdə "layla balam" çağıran, Azərbaycan mənim baxtsız anam, oy, Neçə bir il həsrətinlə yanam, oy!.. Salam desəm, rüzgar alıb götürsə, Ağrı dağdan Alagözə ötürsə, Gur səsimi göy Xəzərə yetirsə, Xəzər coşub zəncirini qırsa, oy!.. Hökm etsə, bu sərsəm gediş dursa, oy!..
Çərşənbə günündə
Çərşənbə günündə, çeşmə başında Gözüm bir alagöz xanıma düşdü. Atdı müjgan oxun keçdi sinəmdən, Cadu qəmzələri qanıma düşdü. İşarət eylədim dərdimi bildi, Gördüm həm gözəldi, həm əhli-dildi, Başını buladı, gözündən güldü, Güləndə qadası canıma düşdü.
Bəxtiyar
Külək qarı səpələr, Bəxtiyar! Ağ geyinib təpələr, Bəxtiyar! Gecə qara, yol uzaq, qardaşım; Göylər bulud, çöl-düz ağ, qardaşım; Kaman çalan kimdir o, Bəxtiyar? Küləkdi, ya simdir, o, Bəxtiyar? Hənirtini duydumu kəhərin? Tüfənginə yapışdı əllərin. Düşmən on bir, təkcə sən, nə zərər?
Atamın xatirəsinə
Osərt idi səhər dərsə tələsəndə mən Bildirməzdi yolda durub boylandığını Bircə dəfə söz açmazdı qəlbindəkindən Söyləməzdi övlad üçün çox yandığını Gizli-gizli məni süzüb gülərdi hərdən Durub-durub güc gələrdi əyri qəlyana Övladına bircə dəfə can söyləməkdən Övlad üçün can verməyi asandı ona
Qaytar ana borcunu
Bir gözəl, bir sevimli oğul böyütdü ana. O bəd, uğursuz günü – ərinin öldüyünü Bildirmədi heç ona. Kədəri dalğa-dalğa doldusa da ürəyə, Lakin nə saç yolaraq verdi əsən küləyə, Nə şivən etdi ana. Ürəyində ağlayıb, gülmək öyrətdi ona. Dözərək davanın da dərdinə, bəlasına, Öz boğazından kəsib yedirdi balasına… Bir oğul böyütdü ki, gur, çatma qaş, gensinə. Bir oğul böyütdü ki, oğul deyirəm sənə...