Bir qartal uçaraq buluddan uca, Qafqaz dağlarına gərdi qol-qanad. Qondu birəsrlik yaşlı ağaca, Baxdıqca xoş gəldi yerdəki həyat.
Meymunlar
Hər bir işi əql ilə qəbul etdiyin zaman, Faydalıdır, şübhəsiz, xeyir görərsən ondan. Onu əqlə vurmadan qəbul etmək ziyandır, Allah özü saxlasın, böylə işlər yamandır.
Köpəyə ehsan
Var idi Şahsevəndə bir hacı, Şahsevənlər təmam möhtaci. Sahibi-dövlət idi çox ol kəs, Naqəvü kusfəndü çoxlu fərəs. Vardı Bozlar adında bir köpəyi, Qoyunun pasibanı, at köməyi.
Hayıf ki, yoxdur!
Kür qırağının əcəb seyrəngahı var, Yaşılbaş sonası, hayıf ki, yoxdur! Ucu tər cığalı siyah tellərin Hərdən tamaşası, hayıf ki, yoxdur!
Durnalar
Bir saat havada qanad saxlayın, Nizam ilə gedən qoşa durnalar! Qatarlaşıb nə diyardan gəlirsiz, Qaqqıldaşa-qaqqıldaşa, durnalar?