Sabah və bu gün

Bir dəfə yağışlı bir gündə Kra adlı meymunla Raonq adlı qurbağa ağac altında oturub soyuqdan bir-birlərinə şikayət edirdilər. – Krrx, krrx! – deyə Kra öskürdü. – Qur, qur, qur! – Raonq quruldadı. Yağışda islanmaqdan lap təngə gəlmişdilər, soyuqdan da tirtir əsirdilər. Onlar öz aralarında söz verdilər ki, sabah ağac doğrasınlar, qabığından da özlərinə koma düzəltsinlər. Səhərisi elə bir gün çıxdı ki, istisi lap dağı-daşı yandırırdı. Özü də hava elə qəşəng idi ki, Kra ağacın başında oturub işıqdan və istidən həzz alırdı, Raonq isə ağacın kökünə yaxın yerdə əyləşib özünü günə verirdi.

Özündən naxoş

- Naxoş-maxoş bilmirəm. Kim getməsə, məsələsini ümumi iclasa qoyacagam. - Bu nə danışır e! Mirzə Əsgər Abasəlinin dalınca baxa-baxa qaldı. "Ümumi iclasa qoyacağam!" sözlərini zehnində təkrar etdi, vahiməsi bir az da artdı. Mirzə Əsgər Abasəlini yaxşı tanıyırdı. Bilirdi ki, dediyini eləyəndir. Onun adını evdə söyüşlə çəkəndə arvadı soruşurdu: - Necə adamdır o. - Əvvəla, demaqoqdur, lap yekəsindən. İkincisi, nanəcibdir. Üçüncüsü, həyasızdır. Dördüncüsü... Arvadı onun sözünü kəsdi: - Sayma, bəsdir, həyasızdan nə desən çıxar

Kəmtərovlar ailəsi

Yallah, yallah! Haradasan? Kefin necədir? - Sən nə təhərsən? – Göz dəyməsin, qıvraqlaşmısan, rəngin açılıb. - Bir qıvraqlığım yoxdu. İşdən baş açıram ki. - Neyləyək ki, bir görüşək? – Bu vıxodnoy zanitəm. Gələn vıxodnoy bəlkə… - Sən evdə olacaqsan? - Söz versən, gözlərəm. - Gözlə, birtəhər eləyib gələrəm.

Maxilaropiyadan gəlmiş xalçaçı

Hindistanın cənub tərəfində yerləşən Maxilaropiya şəhərində Saqaradatta adlı bir xalçaçı yaşayırdı. O, çox gözəl xalçalar toxuya bilirdi. Ancaq əli çox asta idi, – ildə bir xalça toxuyub qurtara bilirdi, ona görə də az pul qazanırdı. Bir dəfə, Saqaradatta ən gözəl xalçanı toxuyub qurtaranda onun dəzgahı sındı. O, çox kasıb idi, ona görə də oturub çox ah-uf eləmədi və bəxtindən şikayətlənmədi, baltanı götürüb təzə dəzgah üçün bərk ağac axtarmağa getdi. O, çox ağaclara baxdı, axırda dənizin lap qırağında bitən uca samşit ağacını gördü. – Bax, elə mənə də belə ağac lazımdır, – deyə xalçaçı sevindi.

İri Lam adlı oğlan

Keçmiş zamanlarda Koreyada İrl Lam adlı bir oğlan vardı. Onun ata-anası öləndən sonra mülkədar Li üçün nökərçilik eləməyə başladı. İrl Lam inəkləri otarır, su daşıyır, odun doğrayır, düyü təmizləyirdi. Bütün bunların əvəzində mülkədar Li ona ancaq yemək verirdi. Bir dəfə payızda bərk külək qopdu. Ağası İrl Lama tapşırdı ki, tez çəltikdən kəndir hörüb evin damını sarımaq lazımdır. Külək onu qopardıb apara bilər. İrl Lam isə kəndir hörməyi bacarmırdı. O, ha əlləşirdi bir şey çıxmırdı, hörə bilmirdi. Bu dəfə də ağa onun yanına gələndə İrl Lam cəmi bir arşın uzunluğu olan kəndiri ona uzatdı. Qəzəblənmiş ağa qışqırdı: – Əgər sən kəndir hörməyi bacarmırsansa, onda rədd ol mənim evimdən!