Hərə bir cür pul qazanır

- Sən öləsən, qoymurlar kasıbkarlığımı eləyim də!... A bala, nə istəyirsiniz məndən? Mənə sataşana görüm Allah qənim olsun!.. Nə eləyirəm, əcəb eləyirəm, bacarana can qurban! Gedin, kimə istəyirsiniz şikayət eləyin. Xox, qorxdum sizdən!.. - A kişi, nə çıxmısan özündən? Düz deyirlər də... - Nəyi düz deyirlər, ay... Demişdim, qoy qalsın! - Gör necə acgözsən ki, kəfənə də kəf gəlirsən. - Yalançının... Ağzımı açdırma ha!..

Gəlincik

Ad günündә Dürdanәyә xalası gözәl bir gәlincik bağışlamışdı. Dürdanә öz gәlinciyinin adını Nailә qoymuşdu. O, Nailәdәn ayrılmırdı. Nahar edәndә dә Nailәni süfrә başında otuzdurur, yatanda yanına uzandırırdı. Nailә yemәsә dә yata bilirdi. O, elә uzanan kimi gözlərini yumurdu.

Dostlar Doktor Aybolitə kömək etdilər

Varvara doğru deyirdi. Doktor çörәksiz qalmışdı. Üç gün idi ki, o ac idi. Onun pulu yox idi. Onun evindә yaşayan һeyvanlar onun yemәyә һeç bir şeyi olmadığını görüb ona kömәk etdilәr. Bayquş Savva ilә donuz Xor-Xor һәyәtdә bostan düzәltdilәr. Donuz burnu ilә lәk qazıdı, Bumba isә kartof әkdi. İnәk һәr gün sәһәr vә axşam doktora süd verirdi.

Dana, keçi və qoyun

Biri vardı, biri yoxdu. Bir dana, bir keçi, bir qoyun yoldaş olub yol ilə gedirdilər. Gəldilər çıxdılar bir arxın qırağına, gördülər burda bir əyri söyüd ağacı var. Keçi dırmaşdı söyüdün lap başında durdu. Qoyun da güclə çıxıb bir budaqda durdu. Dana da digər bir budağın üstünə özün sərdi. Bu vaxt bir canavar gəldi çıxdı bura, başın qaldırıb gördü bir keçi, bir qoyun, bir də bir dana ağaca çıxırlar. Canavar baxanda dana qorxusundan özün ağacda saxlaya bilməyib tappıltıynan düşdü yerə. Canavar istədi dananı parçalayıb yesin. O saat keçi ağacdan çığırdı.

Cırcırama və tırtılın nağılı

Bir zamanlar, yaşıl çöldə Kiçik Tırtıl və Cırcırama yaşayırdı. Hər gün mahnıların müşayiəti ilə birlikdə oynayır, rəqs edir, əylənirdilər. Birlikdə çiçəkdən çiçəyə səyahət edərdilər. Balaca Tırtıl indi böyüməyə başlayanda onun üzərində qəribə tikanların əmələ gəldiyini hiss etdi. Bunu görən Cırcırama dostunu ələ salıb. Balaca Tırtıl bu vəziyyətə üzüldü, amma dostunu çox sevdiyi üçün heç nə deyə bilmədi.