İki dost

Mühasirəyə alınmış Parisdə aclıq hökm sürürdü. Damdakı sərçələr və kanalizasiyadakı siçovullar da gözə az-az dəyirdi. İnsanlar əllərinə keçən hər şeyi yeyirdilər. İxtisasca saatsaz olan və heç yerdə işləməyən Cənab Morissot bir aydın yanvar səhəri əlləri cibində, qarnı ac bulvarda gəzərkən gözlənilmədən bir tanışı ilə- birlikdə balıq tutduğu Cənab Sauvajla üz-üzə gəldi. Müharibə başlamamışdan əvvəl Morissot hər bazar səhəri əlində bambuk çubuğu və belində vedrə ilə yola düşməyə adət etmişdi. O, Argenteuil qatarına minər, Kolombda düşər və buradan İle Marante çayına doğru yol alardı.

Xəyal qurmağı bacarmayan şahzadə qız

Şahzadə qız dünyaya gələndə, belə hallarda nə etmək lazım gəldiyini bilən kraliça, xaş anası olmaq üçün iki pərini saraya dəvət etdi. Nə qədər ağır olsa da pərilərin hər ikisi bayrama işgüzar bir əhvali-ruhiyyədə gəlmişdilər: ürəkləri də gənc qızlrn tərbiyəsi ilə bağlı təzə dəbə düşmüş ideyalarla dolu idi. Ona görə də pərilərdən biri şahzadə qıza hədiyyə olaraq "Sağlam düşüncə" o birisi isə "Dəqiqlik" gətirmişdi.

Durnalar

Bir saat havada qanad saxlayın, Nizam ilə gedən qoşa durnalar! Qatarlaşıb nə diyardan gəlirsiz, Qaqqıldaşa-qaqqıldaşa, durnalar?

Görünməz Tonino

Bir gün Tonino adlı oğlan dərsə hazırlıqsız gəlmişdi. Müəllimin ondan ev tapşırığını soruşacağından çox qorxurdu. Məktəbə yaxınlaşanda həyəcandan ürəyi tir-tir əsirdi. Öz-özünə düşündü: “Nə olaydı, görünməz olaydım, müəllim məndən dərs soruşmayaydı”. Dərs başlandı. Müəllim bir-bir uşaqların adını çəkir, dərsə gəlməyənləri jurnalda qeyd edirdi. Öz adını eşidəndə Tonino yavaşca: “Buradayam”, – deyə dilləndi. Uşaqlar ətrafa boylandılar.

Dovşanın ölümü

…Dovşanın biri can verirdi. Gözlərinin ifadəsi itmiş, bəbəkləri bulanıb bozarmışdı, rəngsiz ağzını torpağa dirəyib ağır-ağır nəfəs alırdı. O biri dovşanın, kolun dalından bircə qulaqları görünürdü. Qulaqlarının titrəyişindən başa düşmək olurdı ki, yenə şüursuz gözlərini bir nöqtəyə zilləyib nəfəs dərmədən, nə isə "üyüdür". Çöməlib dovşanın heysiz başını su qabına yaxınlaşdırdı ki, bəlkə heyvan su içə. Dovşan sudan acgözlüklə içib çeçədi, nəfəsi itdi, gözləri şüşə düymələr kimi hərəkətsiz qaldı. - İndi neyləyək?.. - əri əzabdan bürüşmüş üzüylə ona baxdı. Elə baxdı, elə bil dovşanı o öldürmüşdü.