Məhəbbət adası

Deyirlər ki, halva-halva deməklə ağız şirin olmaz. Düz deyirlər. Bir dəfə desən, olmaz. İki dəfə desən, olmaz. Əlli dəfə desən də olmaz. Amma sən bunu sabah tezdən günəş çıxınca deməyə başlasan və axşam günəş batıncaya qədər aramsız desən, ölü-ölü keçən günlərin bir günü, əslində, günlərin yox, gecələrin bir gecəsi qəflətən yuxudan ayılıb ağzının dərin bir guşəsində, boğazına yaxın bir yerdə vaxtilə əziz bir adamının yas mərasimində udquna-udquna yediyin o şirindən şirin zəfəranlı halvanın unudulmuş dadını hiss etməyə başlayacaqsan. Sən əvvəl-əvvəl bu dadı tanımayacaqsan. Sən onu unutmusan. Amma yox, belə deyil. Bu unudulmuş dad sənin ağız boşluğunun dərinliyindən qarşısıalınmaz lava kimi baş qaldıracaq, dişlərinin ətinin dibinə çökəcək, oradan onu sovurduqca gəlib dilinə qədər çatacaq, dilinin üstünə, arxasına, yanlarına – hər tərəfinə yayılacaq, dilindəki bütün uyumuş dad sinirlərini məst edərək yavaş-yavaş, nəhayət ki, özünü sənin yadına salacaqdır. Bəli, bu odur. Unudulmuş, amma qayıtmış halva dadı.

Lobya falı

Olqa Navoya Tokarçuk 29.01.1962-ci ildə doğulan məşhur polyak nasiri, şairi, dramaturqu və esseçisidir. 2018-ci ildə nüfuzlu Buker və ədəbiyyat üzrə Nobel mükafatlarına layiq görülüb. Nənələrindən biri ukraynalı olan O.Tokarçuk Sulexuv şəhərində doğulub, Varşava Universitetindən psixoloq diplomu alandan sonra Valjbixdə bir müddət psixoterapevt kimi işləyib. Hazırda Vrotslav şəhərində yaşayır. Şeirlər kitabıyla ədəbiyyata gələn Olqa 1993-cü ildə “Kitab adamlarının yolu” adlı ilk romanını çap etdirib. 2008-ci ildə işıq üzü görən “Ora-bura qaçanlar” romanı ədəbi mühitdə böyük əks-səda doğurub və əsər Polşanın nüfuzlu ədəbi mükafatı “Nike”yə layiq görülüb. 10 illik aradan sonra həmin əsər ona Polşa yazarları arasında ilk dəfə Buker ödülünü də qazandırıb. 2013-cü ildə Tokarçuk “Vilenitsa” ədəbi ödülünü alıb. Ötən il isə “Ölülərin sümükləri üstdən keç kotanınla” romanı ilə onun adı Bukerin növbəti qısa siyahısına düşüb. Əsərləri dünyanın bir çox dillərinə çevrilən yazar Nobel alan sayca beşinci polyak yazar kimi adını artıq tarixin səhifələrinə yazıb.

Köhnə müdirin "istedadı"

İşə təzə göndərilmişdim. Elə bil, məni gözləyirlərmiş kimi, başladılar idarəmizi yoxlamağa. Müdirimiz Qəmbərov da nədənsə, başladı məndən şübhələnməyə. Məni yanına çağırdı, üzümə tərs-tərs baxıb dedi: - Nə oldu bala, qələt elədik səni işə götürdük? Doğrusu, əvvəlcə özümü itirdim, cavab verməyə söz tapmadım.

Kirpi və Tülkü

Biri vardı, biri yoxdu. Bir dənə ağıllı kirpi ilə hiyləgər bir tülkü var idi. Kirpi ilə tülkü bir-birilərilə dost idilər və uzun illərdi birlikdə yaşayırdılar. Onlar hər gün Kösə Akayın hininə girib, onun bir toyuğunu oğurlayıb qarınlarını doyururdular. Günlərin bir günü Kösə Akay onlara tələ qurdu. Hinin qarşısına dərin bir çuxur qazıdı. Çuxur görünməsin deyə üstünü də çör- çöplə örtdü. Gecənin yarısı tülkü ilə kirpi yenə toyuq oğurlamaq üçün gəldilər. Gizlicə qapıya yaxınlaşmaq istəyərkən ikisi də çuxura düşdü.

İncinin inci söhbətləri

İnci hazırlıqdan evə gedəndə mütləq yeməkxanaya gedib “Zəhmət olmasabir stəkan verin” deyərək oradan stəkan alıb suyu icib nənəsi ilə evə gedir. Bunu müşahidə edən müəllim bir gün İnciyə belə bir sual verdi: – İnci, buranın suyu evin suyundan yaxşıdırmı? Suyu içə-içə başı ilə təsdiqlədi. Sonra: – Buranın suyuda, özü də mənim xoşuma gəlir. Müəllim: – evdə bacın, qardaşın varmı?