Ay dədə, dur get mənə çox şeylər al! Bir dənə çanta, bir-iki dəftər al! Mən dayım oğluyla gəlirdim bayaq, Gördüm o məktəbdə oxur çox uşaq.
Ana dilim
Qalxıb Şahdağına söz istəyirəm, Çatsın hay-harayım dinləyənlərə, Mən nankor deyirəm, nacins deyirəm – Öz ana dilini bilməyənlərə!
Əsgər məktubu
Əsgər məktubları alıram hərdən, Məhəbbət, cəsarət, dəyanət dolu. Neçə tərifçinin təriflərindən Bir əsgər məktubu gərəkli olur.
Vətən
Mən səndən bir yaşıl budaq istədim, Sən mənə bəxş etdin zümrüd meşələr. Mən səndən kiçik bir otaq istədim, Sən mənə bəxş etdin dilbər guşələr.
Əsgər atasının məktubu
Gözüm yığışmayıb yollardan hələ, Əllərim uzanıb Vətənə sarı. Bütün əsgərlərə, komandirlərə Oxu bu məktubda yazılanları.