Ya ovçu əlindən, ya quş başından - kim deyər hansından tələ dartılır?.. Onunçun düşmür ki yerinə heç nə, hər şey bu dünyada belə dartılır.
İndi mən bir qadının taleyinə vurullam
Pəncərədən baxıram payızın son ayında vərəqləri saralmış səmavi kitablara. Göydən yağışlar yağır, göydən yağışlar yağır, dolur yer altındakı qədim saxsı qablara.
Başımda o qaradərili qızın sevdası
Alo! Dünyanı dolaşmadan, yalnız öz küçəmizdə, öz şəhərimizdə gördüyümüz qızları sevdik. Bəlkə də mənim əsl sevgim Məsələn, uzaq Afrikadakı qaradərili qız idi.
Mətbəxlik
Bir qadın var hardasa tələsir mətbəxə, dükana, işə gözləri razılaşmaq dilində susur həmişə. Metroda əlləri yaxasına, çantası dizlərinə səngər…
Sevmədiyin qadın
Sevmədiyin qadınla bir damın altında yaşamaq, nə onu aldatmaqdı, nə də özünü. sevmədiyin qadınla bir damın altında yaşamaq, sevgidə zibillik kimi eşələnməkdi, yemirsən, amma nəsə axtarırsan orda.